"Design Bureau" şirkəti beynəlxalq mükafata layiq görüldü!
Azərbaycan şirkəti peşəkar memarlıq şirkətlərinə verilən mükafata layiq görülüb.(®) Keçdiyimiz günlərdə dizayn və memarlıq sahəsində fəaliyyət göstərən Design Bureau şirkəti yaşayış kompleksi memarlığı kateqoriyası üzrə ən nüfuzlu mükafatlardan biri olan IRA 2022 mükafatına layiq görülüb.
Bu mükafat dünyanın bir çox ölkəsində memarlıq sahədə fəaliyyət göstərən peşəkar şirkətlərə verilir.
İşğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası və abadlaşdırılması istiqamətində aparılan işlərə öz töhfəsini verən Design Bureau 2021-ci ildə təsis edilmişdir. Şirkət təcrübəli heyəti ilə Azərbaycanda memarlıq və dizayn studiyası olaraq fəaliyyət göstərir və tələbə əsasən Azərbaycanın müxtəlif bölgələrində şəhərsalma layihələrinin, yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin, təhsil ocaqlarının və müxtəlif biznes obyektlərinin interyer və eksteryer dizayn işlərini həyata keçirir.
Studiya fəaliyyət göstərdiyi müddətdə “Qazax müəllimlər seminariyası”, “Ağdam City Hotel”, “Ağdam Yaşayış Kompleksi” və “AFEZ HQ” kimi bir çox önəmli layihənin dizaynını icra etmişdir.
Beynəlxalq standartlara cavab verdiyinin sübutu olan mükafat, Design Bureau-ya peşəkar komanda tərəfindən icra olunan “Ağdam Yaşayış kompleksi” layihəsi üzrə verilmişdir. Sözügedən layihə Ağdam şəhərinin Baş planında önəmli yer alan “yaşıl şəhər” konsepsiyasına uyğun olaraq və dayanıqlı infrastruktur prinsiplərinə əsaslanaraq layihələndirilmişdir.
Layihə, giriş səviyyəsində kommersiya obyektləri və yuxarı mərtəbələrdə yaşayış üçün nəzərdə tutulan altı fərdi tikinti blokundan ibarətdir. Blokların yerləşim və istiqaməti günəş hərəkət yönü nəzərə alınaraq, mənzillərə maksimum təbii işığın daxil olmasına uyğun olaraq layihələndirilib. Şəhərin dayanıqlı inkişafına dəstək olmaq və əsas hərəkət vasitəsi kimi piyada və velosipedlərin istifadəsini təşviq etmək məqsədilə layihənin konseptində velosiped yolları və həyat keyfiyyətini artıran geniş yaşıllıq ərazilərə üstünlük verilmişdir. Bundan əlavə, yeraltı dayanacaq bitki örtüyünə mane olmamaq üçün nəzərdə tutulmuşdur ki, bu da ağac və bitkilərin lazımi qulluq ilə təmin olunmasında imkan verir.
Fasadın material palitrasında, Ağdamda təkrar emal edilən təbii daş, izolyasiya üzəri stukko boya və ekoloji cəhətdən təmiz hesab edilən taxtadan istifadə edilmişdir.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub


























