"Gömrükdə bu rəsmi formada həyata keçirilməli, sahibkara yazılı məlumat verilməlidir"
Azərbaycanda bir çox hallarda gömrük orqanlarının sahibkarlarla ünsiyyəti şifahi formada həyata keçirilir, amma yazılı formada olmalıdır.
Bunu Bakıda keçirilən "Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirələrdə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti, Naxçıvan MR Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bildirib.
“İş adamı gömrük orqanının tələbi ilə razılaşmasa belə, onun yazılı imtina sənədi almaq və şikayət etmək imkanları çox məhduddur. Malın gömrük terminallarından kənara buraxılmamasına görə sahibkar gömrük orqanlarının tələbi ilə razılaşmalı olur. Malın dəyərində şübhə yaradan məqam varsa araşdırılması və ona uyğun gömrük rüsumunun hesablanması gömrük orqanlarının hüquqlarıdır. Lakin bu rəsmi formada həyata keçirilməli, sahibkara bu barədə yazılı məlumat verilməlidir. Sahibkarın gömrük orqanının qərarından yuxarı orqana və məhkəmə qaydasında şikayət etmək imkanı tanınmalıdır”, - deyə o qeyd edib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Report"
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub


























