ƏDV-nin malların gömrük rəsmiləşdirilməsindən sonra ödənilməsi təklif edilir
Azərbaycanda əlavə dəyər vergisinin (ƏDV) malların gömrük rəsmiləşdirilməsi zamanı deyil, satış sonrası ödənilməsi sahibkara dəstək ola bilər.
Bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti, Naxçıvan MR Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bu gün keçirilən "Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirələrdə bildirib.
O qeyd edib ki, bu gün həm gömrük rüsumlarının, həm ƏDV-nin əvvəlcədən ödənilməsi sahibkarın dövriyyə vəsaitinin azalmasına səbəb olur.
V.Abbasov həmçinin daxili emal prosesinin dəstəklənməsinə də diqqət çəkib: “Daxili emal prosesində ölkəmizdə kifayət qədər güclü istehsalçılar var. Həmin şirkətlər, həmçinin ixracla məşğul olurlar. Ancaq daxili emal prosesinin müəyyən səbəblərdən ləngiməsi və aktiv olmaması ixraca təsir göstərir.
Bakıda sahibkarlar böyük müəssisələr açıblar, lakin bu şirkətlərin bəzən ixrac imkanları məhdud olur, çünki qonşu ölkələrin şirkətləri ilə mübarizə apara bilmirlər".
O bildirib ki, hazırda Ələt Azad İqtisadi Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir: "İqtisadi zona 15-20 il əvvəl yaransaydı şirkətlər öz məhsullarını orda istehsal edərdilər. Ancaq sahibkarlar böyük investisiya qoyublar, artıq fabriklərini tikiblər. Ona görə də daxili emal prosesinin dəstəklənmsəi çox vacib məsələdir”.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 10 d. əvvəl
-
-
29 d. əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
58 d. əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 1 saat əvvəl
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 21 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Ən çox oxunanlar
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub




















