"Göndəriş vərəqəsi ödənişsizdir və vətəndaşdan ödəniş tələb oluna bilməz"
Agentlik vətəndaşları göndəriş vərəqəsi barədə məlumatlı olmağa çağırır. Agentliyin müqaviləsi olan tibb müəssisələrində həm də stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsi tələb olunur.İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 2550 sayda tibbi xidmət vətəndaşlar üçün ödənişsiz qarşılanır. Həmin tibbi xidmətlər vətəndaşlara TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir ki, vətəndaşlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslı ambulator tibbi xidmət (yalnız həkim müayinəsi. Məsələn, kardioloq və s.) üçün TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə birbaşa müraciət edə bilərlər. Burada vətəndaşa icbari tibbi sığorta çərçivəsində lazım olan tibbi xidmət ödənişsiz göstərilir.
Lakin bəzi hallarda vətəndaşın ehtiyacı olduğu tibbi xidməti onun müraciət etdiyi dövlət tibb müəssisəsində (Ailə Sağlamlıq Mərkəzi, poliklinika, xəstəxana və s.) göstərmək mümkün olmaya bilər. Bu halda müraciət edilən tibb müəssisəsi vətəndaşa TƏBİB-in tabeliyində olan digər dövlət tibb müəssisəsində həmin xidməti alması üçün göndəriş vərəqəsi təqdim edir. Nümunə ilə daha aydın izah edək. Məsələn, vətəndaş Xətai Tibb Mərkəzində həkim-uroloqa müraciət edir. Müayinə sonrası vətəndaşa böyrək daşı diaqnozu ilə cərrahi əməliyyat tövsiyə olunur. Lakin əməliyyat bu tibb mərkəzində icra olunmadığı üçün vətəndaşa həmin xidmətin göstərildiyi Kliniki Kibbi Mərkəzə göndəriş vərəqəsi verilir.
Məlumat üçün bildirək ki, hazırda dövlət tibb müəssisələrində yalnız stasionar şəraitdə (xəstəxanada yatış) göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsi tələb olunur. Bu göndəriş vərəqəsi həm ailə həkimi (sahə həkimi), həm də dar ixtisaslı həkim (məsələn, kardioloq) tərəfindən verilə bilər.
Vətəndaşa lazım olan tibbi xidməti TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində göstərmək mümkün olmadıqda isə Agentliyin müqavilə bağladığı tibb müəssisələrinə göndəriş verilir. Məsələn, vətəndaş Xətai Tibb Mərkəzinə həkim-otorinolorinqoloqa müraciət edir. Müayinə sonrası vətəndaşa frontit diaqnozu (alın nahiyəsində iltihab) ilə cərrahi əməliyyat tövsiyə olunur. Lakin bu əməliyyat həmin tibb mərkəzində və TƏBİB-in tabeliyində olan digər dövlət tibb müəssisələrində icra olunmadığına görə tibbi xidmətin göstərilməsi üçün vətəndaşa müqaviləli tibb müəssisələrindən birinə göndəriş vərəqəsi verilir.
Agentliyin müqaviləsi olan tibb müəssisələrində həm ambulator (həkim müayinəsi, analizlər, müxtəlif cihazlar vasitəsilə müayinələr və s.), həm də stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsi tələb olunur. Bu zaman göndəriş vərəqəsi dövlət tibb müəssisəsindəki dar ixtisaslı həkim tərəfindən verilir.
Göndəriş vərəqəsi ödənişsizdir və vətəndaşdan göndərişin verilməsi üçün ödəniş tələb oluna bilməz. Eyni zamanda vətəndaşın təklif olunan tibb müəssisələri arasından istədiyi birini seçmək hüququ var. O, göndəriş vərəqəsi əsasında yönləndirildiyi tibb müəssisəsində icbari tibbi sığortanın vəsaiti hesabına xidmətdən yararlanır. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf də Xidmətlər Zərfinə daxil olduğu halda ödənişsizdir. Göndəriş vərəqəsindən istifadə müddəti 10 gündür.
Agentlik məlumat üçün bildirir ki, təcili və təxirəsalınmaz tibbi yardım zamanı vətəndaşa həm dövlət, həm də Agentliyin müqavilə bağladığı tibb müəssisələrində dərhal tibbi xidmət göstərilir. Müqaviləli tibb müəssisəsi vətəndaşa xidmət göstərməsi barədə Agentliyə müraciət edir və həmin xidmət Xidmətlər Zərfinə daxildirsə, icbari tibbi sığorta vəsaiti hesabına qarşılanır. Beləliklə, vətəndaş tibbi xidməti ödənişsiz əldə etmiş olur.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 15 saat əvvəl
-
- 16 saat əvvəl
-
17 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)











