VTB Azərbaycan biznes-kreditlər üzrə komissiyanı ləğv edir
(®) VTB (Azərbaycan) hüquqi şəxslərin kreditləşdirilməsi şərtlərini sadələşdirib. Bank mikro, kiçik və orta biznes üçün bütün kreditlər üzrə komissiyanı ləğv edib. İlin əvvəlindən ölkədə VTB-nin bu seqmentdə müştərilərinin sayı 60% artaraq 3,8 mini ötüb.
Mikro biznes sahibləri maksimal müddəti 36 ay olan 50.000 manatadək kredit götürə bilərlər. Eyni zamanda, 10 000 manata qədər krediti maliyyə təhlili aparılmadan, 7 000 manata qədər isə zaminsiz almaq mümkündür.
Kiçik və orta biznes üçün kreditlər 50 milyon rus rublunadək və ya manat ekvivalentində 60 ayadək müddətə verilir. Bank həm də Respublika Sahibkarlığın İnkişafı Fondunun xətti ilə illik 5 faizlə, 10 ilədək güzəştli kreditlər də təklif edir.
“Mikro, kiçik və orta biznesin maliyyələşdirilməsi VTB (Azərbaycan) üçün strateji iş sahəsidir. Bu gün bu seqmentdə müştərilərimiz 3,8 mindən çox müəssisədir ki, onların sayı ilin əvvəlindən 60% artıb. Kiçik şirkətlər üçün konveyer kreditləşməsi və avtomatlaşdırma sistemindən istifadə edərək, kreditin alınması prosesini mümkün qədər sadələşdirmişik ki, bu da indi bir gün əvəzinə, yarım saatadək vaxt tələb edir. Eyni zamanda, yüksək işgüzar aktivlik dövründə biz bütün hüquqi şəxslər üçün kreditlərin əlçatanlığını artırmaq qərarına gəldik və kredit üçün müraciət edərkən komissiyanı ləğv etdik”, - deyə VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Korporativ biznesin inkişafı departamentinin direktoru Tural Hüseynov bildirib.
Yeni şərtləri 31 yanvar 2023-cü il tarixinədək qüvvədədir. VTB (Azərbaycan)-ın korporativ müştəriləri kredit üçün bank filiallarına müraciət edə bilərlər. Siz həmçinin bankın internet saytından və ya 986 əlaqə mərkəzinə zəng edərək məsafədən də müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
8 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
22 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib




















