Azərbaycan və Yaponiya ikiqat vergitutmanı aradan qaldırır
Yaponiya ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya imzalanıbİqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, nazir ölkəmizin Yaponiya ilə əlaqələrə önəm verdiyini, iqtisadi tərəfdaşlığın genişləndiyini qeyd edib, sənaye, enerji, o cümlədən bərpa olunan enerji, yeni texnologiyaların tətbiqi və s. sahələrdə əməkdaşlığın inkişafı üçün mövcud olan imkanları diqqətə çatdırıb.
Yaponiya xarici işlər nazirinin parlamentar müavini Yoşikava Yuumi videomüraciətində ölkələrimiz arasında əlaqələrdən danışıb, imzalanan Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsində əhəmiyyətini vurğulayıb.
Səfir Vada Cüniçi 2022-ci ilin Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü olduğunu qeyd edib, Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüb.
Tərəflər iqtisadi tərəfdaşlığın genişləndirilməsi yolları, xüsusilə ticarətin və investisiya qoyuluşlarının həcminin artırılması müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, “yaşıl enerji” sahəsində əməkdaşlıq, işğaldan azad olunmuş ərazilərdə icra edilə biləcək potensial layihələri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Tədbirdə Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalanıb. Sənədi Azərbaycan tərəfdən İqtisadiyyat naziri Mikayıl Cabbarov, Yaponiya tərəfdən isə səfir Vada Cüniçi imzalayıblar.
XXX
Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya-nın imzalannıb.
Marja.az xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın imzalanması ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə təkan verəcək",- nazir qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
24 san. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 10 d. əvvəl
- 13 d. əvvəl
- 21 d. əvvəl
-
25 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
39 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı





















