Mərkəzi Bank: Növbəti ilə inflyasiyanın proqnozlaşdırılması çətinləşib

"Xarici mühitlə bağlı yüksək qeyri-müəyyənliklər növbəti ilə inflyasiyanın proqnozlaşdırılmasını çətinləşdirir. Növbəti ildə də dünya bazarında birja əmtəələrinin qiymətlərinin dinamikası, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və daşınma xərcləri ölkədəki inflyasiya proseslərinə təsir göstərəcəkdir. Ortamüddətli dövrdə inflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində inflyasiyanın tədricən hədəf diapazonuna doğru hərəkət edəcəyi proqnozlaşdırılır. Artmaqda davam edən inflyasiya təzyiqlərinin inersiyası nəzərə alınmaqla onun azalması tədricən baş verəcəkdir və bu proses gözlənildiyindən daha uzun çəkə bilər".
Marja xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Qeyd edilib ki, 2023-cü ildə Mərkəzi Bankın pul siyasəti qiymət sabitliyinin təmin olunmasına yönəldiləcəkdir. Pul siyasəti ilə bağlı qərarlar illik inflyasiya göstəricilərinin dinamikasından və yenilənmiş proqnozların hədəf diapazonundan kənarlaşmasından asılı olaraq veriləcəkdir. Növbəti ildə də pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdiriləcəkdir.
Bəyanatda bildirilir ki, pul siyasətinin məqsədi növbəti ildə də qiymət sabitliyinin təmin olunması olacaqdır. İnflyasiya hədəfi üzrə kəmiyyət parametrləri dəyişməz saxlanılır. Mövcud monetar şəraitin saxlanılması 2023-cü ildə illik inflyasiya göstəricilərinin dinamikasından və yenilənmiş proqnozların hədəf diapazonundan kənarlaşma səviyyəsindən asılı olacaqdır. İllik inflyasiya göstəricilərinin və proqnozlarının hədəfə yaxınlaşması baş verərsə, ilk olaraq monetar şəraitin dəyişilməz saxlanılması, sonrakı mərhələdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcəkdir.
Pul siyasəti yürüdülərkən inflyasiya proseslərinə məzənnənin ötürücülük potensialı 2023-cü ildə də nəzərə alınacaqdır.
Növbəti ildə də faiz dəhlizi parametrlərinə dair qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, xarici və daxili amillərin inflyasiyaya təsirləri, inflyasiya gözləntiləri və risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcəkdir. Əvvəlki illərdə olduğu kimi, 2023-cü ildə də faiz dəhlizinin Mərkəzi Bankın İdarə Heyətində öncədən ictimaiyyətə açıqlanmış qrafikə uyğun müzakirəsi nəzərdə tutulur. Faiz dəhlizi banklararası qısamüddətli pul bazarında vəsaitlərin yerləşdirilməsi və cəlb edilməsinin alternativ dəyəri kimi istifadə ediləcəkdir.
Pul siyasətinin inflyasiyaya zaman intervalı ilə təsirini nəzərə alaraq, Mərkəzi Bank pul siyasətinə dair qərarları proqnoz inflyasiyanın hədəfdən ortamüddətli kənarlaşma səviyyəsindən asılı olaraq qəbul edəcəkdir. Bu zaman faiz, kredit və gözlənti kimi transmissiya kanallarının təsir gücü nəzərə alınacaqdır.
Pul siyasətinin əməliyyat hədəfi olaraq pul bazarında qısamüddətli faizlərin Mərkəzi Bankın faiz dəhlizinə yaxınlaşması üçün 2023-cü ildə Mərkəzi Bank arsenalındakı bütün alətlərdən adekvat istifadə edəcəkdir. Likvidliyin idarə edilməsində məcburi ehtiyatlardan, daimi imkan alətlərindən və açıq bazar əməliyyatlarından istifadə ediləcəkdir. Alətlərin kəmiyyət parametrlərinə və müddətinə dair qərarlar bank sisteminin likvidlik mövqeyindən asılı olaraq operativ şəkildə veriləcəkdir.
Pul siyasətinin təkmilləşdirilməsi "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planına uyğun olaraq "İnflyasiya hədəflənməsi rejiminə keçidin baza şərtlərinin formalaşdırılması" çərçivəsində həyata keçiriləcəkdir. Ölkədə valyuta bazarında təklif kanallarının şaxələndirilməsi, maliyyə sektorunun dərinliyinin artırılması, nağd-kölgə iqtisadiyyatının məhdudlaşdırılması və makroiqtisadi koordinasiyanın effektivliyinin gücləndirilməsi inflyasiyanın hədəflənməsi rejiminə keçidə şərait yaradacaqdır.
Yeni rejimə keçidin baza şərtlərinin formalaşdırılması istiqamətində Mərkəzi Bank tərəfindən pul siyasəti alətlərinin və pul bazarının infrastrukturunun təkmilləşdirilməsi davam etdiriləcəkdir. Mərkəzi Bankın faiz dəhlizinin effektivliyinin artırılması, o cümlədən banklararası pul bazarında qısamüddətli faizlərin dəhlizin aşağı həddinə yaxın idarə olunması imkanlarına baxılacaqdır. Mərkəzi Bankda təhlil və proqnozların hazırlanması üçün modellərin modernləşdirilməsi, proqnoz göstəricilərinin çeşidinin genişləndirilməsi xüsusi diqqətdə saxlanılacaqdır. Pul siyasətinin kommunikasiyasının əhatə dairəsinin genişləndirilməsini və aydın olmasını təmin etmək üçün daim işlər aparılacaqdır. Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində Mərkəzi Bank bank ictimaiyyəti, maliyyə bazarlarının peşəkar iştirakçıları və müstəqil ekspertlər ilə aktiv dialoqu davam etdirəcəkdir. Yeni bank qanunvericiliyinin qəbul edilməsi Mərkəzi Bankın mandatının effektiv həyata keçirilməsinə zəruri dəstək verəcəkdir.
İnflyasiyanın hədəflənməsi rejiminə keçid istiqamətində görülən işlər tədricən inflyasiya proseslərinin faiz dərəcələri vasitəsilə idarə edilməsinə imkan verəcəkdir.
İnflyasiyanın hədəf çərçivəsində idarə edilməsi əhəmiyyətli dərəcədə makroiqtisadi siyasət institutları arasındakı koordinasiyanın effektivliyindən asılı olacaqdır. İnflyasiyaya qeyri-monetar faktorların təsir potensialını nəzərə almaqla iqtisadi siyasətin bütün istiqamətləri, xüsusilə fiskal və monetar siyasət arasında koordinasiyanın gücləndirilməsi təşəbbüsləri davam etdiriləcəkdir. Qəbul edilmiş strategiyaya uyğun olaraq ölkədə həyata keçirilən struktur-institusional islahatlar rəqabət mühitini yaxşılaşdırmaqla inflyasiya təzyiqlərinin yumşaldılmasına da təsir etməlidir.
Bəyanatda qeyd edilib ki, geosiyasi gərginlik fonunda növbəti ildə də qlobal əmtəə qiymətlərinin dinamikası dünya ölkələrində inflyasiya proseslərinə təsir göstərən əsas amillərdən biri olacaqdır. Beynəlxalq təşkilatların son hesabatlarına əsasən, qlobal iqtisadi artımın zəifləməsi dünya əmtəə qiymətlərindəki artımın 2023-cü ilin sonlarına doğru nisbətən səngiyəcəyini gözləməyə imkan verir. Bu da ayrı-ayrı ölkələrdə inflyasiyanın tədricən azalmasına təsir edə bilər. BVF-nin son proqnozlarına görə, 2023-cü ildə dünyada inflyasiya orta hesabla 6.5% olacaqdır ki, bu da 2022-ci ildəkindən 2.3 faiz bəndi aşağıdır. Bununla belə qeyd olunan amillərin qaldığı şəraitdə inflyasiyanın yalnız 2024-cü ildə mərkəzi bankların hədəf dairəsinə geri dönəcəyi proqnozlaşdırılır. Dünyadakı geosiyasi vəziyyət yüksək qeyri-müəyyənlik yaratmaqla inflyasiyanın proqnozdan kənarlaşma riskinin qalmasına gətirib çıxarır.
İqtisadi artımın zəifləməsi qlobal ticarətin dinamikasına da təsir edəcəkdir. Son proqnozlara görə, dünya ticarətinin 2023-cü ildə 2.5% artacağı gözlənilir ki, bu da daha öncə verilmiş proqnozdan 0.7 faiz bəndi azdır. Dünya ticarətinin dinamikasına qlobal borc yükünün həddindən artıq şişməsi, inkişaf etmiş ölkələrdə faizlərin yüksəlməsi, dünya ticarətində dominant rola malik olan dolların bahalaşması əhəmiyyətli təsir edəcəkdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 gün sonra
-
5 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan vətəndaşları Rusiyaya gedərkən problemlərlə qarşılaşırlar - Hava limanında saxlanılırlar
-
1 saat əvvəl
Mikayıl Cabbarov Omanda səfərdədir - Görüşlər keçirilib, Səhmdarlar Müqaviləsi imzalanıb
-
1 saat əvvəl
Onlayn qumar şəbəkələrinə qarşı əməliyyat keçirilib, 5 nəfər tutulub - VİDEO
-
1 saat əvvəl
200 milyon dollarlıq Azərbaycan - Oman Birbaşa İnvestisiya Fondu yaradılır - MÜQAVİLƏ İZALANDI
-
1 saat əvvəl
Azərbaycan və Gürcüstan arasında birgə gömrük məntəqəsinin yaradılması sürətləndirilir
-
2 saat əvvəl
Azərbaycanda nikahdankənar doğulan körpələrin sayı açıqlanıb - 3 İLDƏ 48 MİNƏ YAXIN KÖRPƏ
-
2 saat əvvəl
“Əgər ustaya dəyər verirsənsə, ölkənin tikinti mədəniyyətinə dəyər verirsən” - MÜSAHİBƏ
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!

Azərbaycan və Gürcüstan arasında birgə gömrük məntəqəsinin yaradılması sürətləndirilir

“Əgər ustaya dəyər verirsənsə, ölkənin tikinti mədəniyyətinə dəyər verirsən” - MÜSAHİBƏ
Ən çox oxunanlar

BMW 2025-ci il üzrə gəlir proqnozunu aşağı saldı

Oktyabrın 9-da gözlənilən hava şəraiti

Güzəştli MİDA ipoteka krediti

BOKT “Embafinans”xalis mənfəətinin azalmasına aydınlıq gətirdi

Tesla-nın “xalq avtomobillərinin” qiymətləri bəyənilmədi— yeni modellər gözlənildiyi qədər ucuz deyil

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
