Coca-Cola Azərbaycan Yeni İl bayram ab-havasına möcüzəvi anlar qatır
(®) Dünyanın sevilən içki brendi olan Coca-Cola hər il olduğu kimi bu il də Yeni İl bayramı ərəfəsində Azərbaycanda genişmiqyaslı kampaniya həyata keçirir.
Coca-Cola Azərbaycan bu kampaniya ilə Yeni İldə birlikdə olmağın önəmini əsas götürərək bayram ab-havasına möcüzəvi anlar qatır.
Belə ki, “Soyuq əllər, isti ürək” yarmarkasında ikonik şam ağacı və Santanın Möcüzə Evinin qurulması, Nərgiz City Sərgisində tərəfdaşlıq, Coca-Colanın “Möcüzə Karvanı”nın dörd şəhərə səfəri bu kampaniyanın tərkibindədir.
Kampaniya çərçivəsində Coca-Cola Azərbaycan Bakıda ənənəyə çevrilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının əsas tərəfdaşlarından biri kimi yarmarkaya öz bayram töhfəsini edib. Coca-Cola Azərbaycan insanlara xoşbəxt əhval bağışlamaq üçün yarmarkada 15 metr hündürlüyündə ikonik şam ağacını qurub. Bu ağac indiyədək yarmarkada bəzədilmiş ağacların ən hündürüdür. Bundan əlavə şam ağacının yaxınlığında möcüzəvi tərtibatda Santanın “Möcüzə Evi” hazırlanıb. Yarmarkaya gələn insanlar xüsusi işıqlarla bəzədilmiş şam ağacının ətrafında və “Möcüzə Evi”ndə Şaxta baba ilə fotolar çəkdirərək bayram sevinclərini unudulmaz xoş xatirəyə çevirirlər.
Coca-Cola Azərbaycan Nargis Magazine ilə tərəfdaşlığı çərçivəsində isə NARGIS CITY sərgisində uşaqlar üçün ekoloji atelye (workshop) və təlim təşkil edilib.
Coca-Colanın “Tullantısız Dünya” proqramına uyğun olaraq Coca-Cola Azərbaycan plastiklərin təbiətə təsirini azaltmaq məqsədilə məktəblilər üçün bu təlimi təşkil edib. Uşaqalar sərgidə nümayiş etdirilən “Zəncəfil Şəhərciyi”nin ətrafında təlimdən sonra “ASAN könüllüləri”nin müşayiəti ilə plastik tullantılardan müxtəlif əşyalar hazırlayıb, həmçinin təkrar istifadəyə yararsız tullantıları xüsusi konteynerlərə ataraq yenidən emala töhfə veriblər.
İnsanları gündəlik həyatda, xüsusən bayram günlərində müsbət və xoşbəxt anları hiss edib dəyərləndirməyə və həmrəy olmağa çağıran Coca-Cola “Həmişəki kimi Yeni İl axşamı birlikdəyik” şüarıyla “Möcüzə Karvanı”nda bu il də insanlarla görüşür. Yeni İl bayramı ərəfəsində insanlara sevinc bəxş etmək üçün Coca-Colanın ənənəvi, məşhur “Möcüzə Karvanı” da Azərbaycana səfər edir.
“Möcüzə Karvanı” 27 dekabr Lənkəran, 28 dekabr Gəncə, 30 - 31 dekabr Sumqayıt, 31 dekabr - 2 yanvar tarixlərində isə Bakıya səfər edərək insanlara musiqi dolu əyləncə və hədiyyələr təqdim edir. Karvanın Bakı dayanacağı Dənizkənarı Milli Parkda saat qülləsinin yaxınlığıdır. Parlaq işıqlar, rəngarəng mənzərə və xüsusi musiqisi ilə hər il həyəcanla gözlənilən Karvan ziyarətçilərinin böyük marağına səbəb olur.
Coca-Cola şirkətinin Qafqaz və Orta Asiya regionu üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev bildirib: “Coca-Cola Azərbaycanda hər il Yeni İl bayramı ərəfəsində fərq yaradır. İnsanlara xoşbəxtlik gətirmək və bayram ab-havasını yaratmaq şirkətin bayram konsepsiyasıdır. Bu ildə Azərbaycanın bir neçə şəhərini əhatə edən tədbirlərimizlə insanlara bayram sevincini yaşatdığımıza inanıram”.
Xatırladaq ki, 1920-ci ildə Coca-Cola ilk dəfə olaraq Yeni İl bayramına həsr edilmiş reklam kampaniyasına başlayır və bundan sonra Coca-Cola fəaliyyət göstərdiyi ölkələrdə, o cümlədən Azərbaycanda hər il Yeni İl üçün bir-birindən möhtəşəm kampaniyalar keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
21 d. əvvəl
SOCAR ilə “SICPA SA” şirkəti arasında Xidmətlər Sazişi imzalanıb
-
1 saat əvvəl
ChatGPT-nin ana şirkəti OpenAI gəlir modeli formalaşdıra bilmir, zərəri ildən-ilə artır
-
3 saat əvvəl
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
- 3 saat əvvəl
-
3 saat əvvəl
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
-
4 saat əvvəl
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Aeroportların tikintisi üçün torpaq alınması dövlət ehtiyacı sayılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
SOCAR ilə “SICPA SA” şirkəti arasında Xidmətlər Sazişi imzalanıb
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
Ən çox oxunanlar
İlham Əliyevin Donald Tramp ilə görüşü olub - FOTOLAR
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Yanvarın 23-də gözlənilən hava şəraiti
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib


















