Azərbaycan Pakistana 2 milyon dollar yardım göstərəcək
9 yanvar 2023-cü il tarixində Cenevrədə BMT və Pakistanın birgə təşkilatçılığı ilə “İqlimə davamlı Pakistan” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın əsas məqsədi ötən ilin avqust ayında Pakistanda baş vermiş təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılmasına və yenidənqurma işlərinin həyata keçirilməsinə dəstək məqsədilə lazımi maliyyə resurslarının cəlb edilməsindən ibarət olub.
Bu barədə XİN məlumat yayıb.
Tədbirin açılış hissəsində təşkilatçı qismində Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif və BMT Baş Katibi Antonio Quterreş çıxış edib, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğanın video müraciəti yayımlanıb.
Təşkilatçıların dəvəti ilə dünyanın 46 ölkə, eləcə də 48 beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti institutunun nümayəndələrinin iştirak etdiyi tədbirdə AR Xarici İşlər nazirinin müavini Elnur Məmmədov video konfrans vasitəsilə çıxış edib.
Çıxışda ölkəmiz tərəfindən dost və qardaş Pakistan xalqı və dövlətinin ağrı-acısının bölüşüldüyü, 2010-cu ildən etibarən bu ölkədə fərqli illərdə baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə indiyədək 7 milyon ABŞ dollarına yaxın məbləğdə töhfə verildiyi qeyd olunub. Pakistan tarixinin ən ağır təbii fəlakəti hesab edilən son daşqınların səbəb olduğu dağıntıların aradan qaldırılmasına dəstək olaraq 2022-ci ilin avqust ayında Azərbaycanın Pakistana 2 milyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərdiyi nəzərə çatdırılıb. Nazir müavini, fəsadların miqyasını nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən təşəbbüsə dəstək məqsədilə ölkəmiz tərəfindən əlavə 2 milyon ABŞ dolları həcmində humanitar məqsədli maliyyə yardımının göstəriləcəyi barədə Pakistan tərəfini və konfrans iştirakçılarını məlumatlandırıb.
2022-ci ildə baş vermiş təbii fəlakət ölkə ərazisinin üçdə birini su altında qoyaraq, 15 min insanın ölümünə və yaralanmasına, eləcə də 33 milyon insanın köçkün düşməsinə səbəb olub, beləliklə Pakistan tarixində ən dəhşətli təbii fəlakətə çevrilib. Dünya Bankı Qrupunun hesablamalarına görə həmin daşqınların nəticəsi olaraq, təqribən 9 milyon insan yoxsulluğa düçar ola bilər. Pakistan BMT sistemi, Dünya Bankı Qrupu, Asiya İnkişaf Bankı və Avropa İttifaqının dəstəyi ilə Fəlakət Sonrası Ehtiyacların Qiymətləndirilməsi Planını hazırlayıb və daşqınların törətdiyi zərərin 14,9 milyard, iqtisadi itkilərin 15,2 milyard, yenidənqurma ehtiyaclarının isə 16 milyard ABŞ dollarını keçdiyini müəyyən edib. Yenidənqurma, reabilitasiya, bərpa və davamlılıq çərçivəsinin (4RF) əsasını təşkil edən plan dolanışığın və kənd təsərrüfatının canlandırılması, özəl yaşayış evlərinin yenidən qurulması, ictimai infrastrukturun bərpası və yenidən inşa edilməsi kimi əsas prioritetləri müəyyənləşdirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 15 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?





















