Azərbaycan İsrailə səfir təyin etdi
Muxtar Məmmədov Azərbaycanın İsraildə səfiri təyin edildiAzərbaycan Respublikasının Prezidenti "M.M.Məmmədovun Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında" Sərəncam imzalayıb.
Marja.az xəbər verir ki, Muxtar Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyi ötən ilin Noyabr ayında təsis edilib.
M.Məmmədov 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000-2004-cü illərdə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, 2006-2007-ci illərdə Belçikanın Avropa Kollecində Avropaşünaslıq ixtisası üzrə magistratura, 2015-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsində "Dövlət qulluğunun təşkili və idarəedilməsi" ixtisası üzrə magistratura təhsili alıb.
2007-2008-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.
2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində, o cümlədən 2009-2013-cü illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.
2013-2021-ci illərdə Təhsil Nazirliyində sektor müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və aparatın rəhbəri vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
2021-ci il aprelin 29-dan indiyədək elm və təhsil nazirinin müavini vəzifəsinə çalışırdı.
İngilis, rus və türk dillərini bilir.
Evlidir, iki övladı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 24 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Tramp İrana qarşı tətbiq edilən blokadanı uzatmağa çalışır
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi















.jpg)





