Ölkə başçısı Kamandan Oxatma Federasiyasının idmançısını mükafatlandırdı
(®) Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr edilən mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin mükafatlandırdığı idmançılardan biri də Kamandan Oxatma Federasiyasının idmançısı Yaylagül Ramazanovadır. Yaylagül Ramazanovaya yüksək nailiyyətlərinə görə ölkə başçısı tərəfindən yeni mənzilin orderi təqdim edilib.
İdman ustası, dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Yaylagül Ramazanova 70 metr məsafədə oxatma üzrə ölkə rekordçusudur. O, həmçinin Banqladeşdə kamandan oxatma üzrə keçirilən İslam Ölkələrinin Həmrəyliyi çempionatının çempionudur. 2022-ci ildə Münhendə keçirilən Avropa çempionatında isə Yaylagül Avropa oyunlarına lisenziya yarışında 2-ci yeri qazanmış idmançıdır.
Qeyd edək ki, 2022-ci ilin oktyabr ayından federasiyanın başq məşqçisi respublika dərəcəli hakim, əməkdar məşqçi, idman ustası Natiq Fazilovdur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 14 saat sonra
-
-
2 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
2 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
2 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
3 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb


























