Azərbaycanlı layihə mütəxəssisi Qlobal və Asiya CEO Cəmiyyətinə üzv oldu
Vüqar Rüstəmli Dünyanın 30-dan çox ölkəsində 16,000 üzvü olan Asiya CEO Cəmiyyətinə qoşulub.
Bu barədə Marja-ya Vüqar Rüstəmli məlumat verib.
Qeyd edib ki, Cəmiyyət Asiya və dünyanın digər qitəsindən olan ölkələrdə yaşayan CEO və biznes peşəkarları özündə cəmləşdirir. Bu Cəmiyyətə üzv olan sahibklarlar və CEO-lar davamlı olaraq ənənəvi və onlayn formatda forumlar, konfranslar, biznes səfərləri, təcrübə mübadiləsi və araşdırmalarda iştirak edirlər.
Vüqar Rüstəmli bildirib: "Cəmiyyətə üzv olmaq həm yerli həm də regional biznes üçün yeni əməkdaşlıqların qurulması və layihələrin işlənib hazırlanması üçün əlverişli şanslar yaradır. Cəmiyyətin şəbəkəsi sayəsində dünyanın dörd bir yanında, Meksika, Avstraliya, Sinqapur, Yaponiya, Cənubi Afrika Respublikası, ABŞ və digər ölkələrdən olan şirkətlər və mütəxəssislərlə əməkdaşlıq imkanlardan maksimum yararlanmağa çalışacağıq".
Qeyd edək ki, Vüqar Rüstəmli Cəmiyyətə PMWILL-in həm-təsisçisi olaraq qoşulmuşdur. PMWILL iki istiqamətdə fəaliyyət göstərərək konsaltinq və təhsil xidmətləri təqdim etməkdədir. Konsaltinq xidmətlərinə layihə idarəedilməsi, agile fəlsəfəsi, scrum-ın tətbiqi, dəyişikliklərin idarəedilməsi və rəqəmsal transformasiyalar daxildir. Təhsil istiqamətində isə şirkətlər və fərdlər üçün layihə idarəetməsi, PMP və PMI-ACP üzrə kurslar təqdim etməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 13 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
























