Avropa bankı Azərbaycan şirkətinə 4,2 milyon dollara qədər kredit ayırır
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) qurğuşun turşusu akkumulyatorlarının təkrar email ilə məşğul olan “Az-Lead” şirkətinə 4,2 milyon ABŞ dollarına qədər kredit ayırır.
AYİB-dən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Şirkət, istifadə müddəti bitmiş qurğuşun turşusu akkumulyatorlarının təkrar emal edilməsi yolu ilə ikinci dərəcəli qurğuşun külçəsi və saflaşdırılmış qurğuşun külçələri istehsal edir. Əməliyyat Avropa Dayanıqlı İnkişaf Fondu (ADİF) zəmanəti ilə dəstəklənəcək.
İnvestisiya şirkətin təkrar emal və saflaşdırma imkanlarını artırmaq, qurğuşun əldə etmə dərəcələrini yaxşılaşdırmaq və “Az-Lead”ə aylıq istehsalını 500-dən 800-ə və nəhayət, 1000 tondan çox artırmağa imkan verəcəkdir. Bu, şirkətə avtomobil və bərpa olunan enerji sektorlarında təkrar emal edilmiş qurğuşuna potensial artan tələbatı ödəməyə imkan verəcəkdir.
Maliyyələşdirmə ilə yanaşı, həmçinin Bank, kiçik və orta müəssisələr (KOB) üçün ən yaxşı beynəlxalq təcrübəyə uyğun olaraq hüquqi təhlil, eləcə də ətraf mühit, sosial və idarəetmə (ƏMSİ) yolunda şirkətə dəstək verəcəkdir.
Bu investisiya layihəsi Şərq Tərəfdaşlığı regionunda Aİ-nin İqtisadi və İnvestisiya Planının (İİP) həyata keçirilməsinə töhfə verir. İPP-nin Azərbaycan üçün əsas prioritetlərindən biri yerli müəssisələri dəstəkləyərkən ölkə iqtisadiyyatının şaxələndirilməsi və yaşıllaşdırılmasına kömək etməkdir.
ADİF, Aİ-nin qonşuluğunda bələdiyyə infrastrukturu, nəqliyyat və logistika, sənaye, eləcə də tikinti sektorlarında layihələr üçün mövcud olan risklərin azaldılması alətidir. ADİF zəmanətinin iki strateji prioriteti var: Covid-19 pandemiyasından mənfi təsirlənən borcalanlara dəstək olmaq, həmçinin yaşıl iqtisadiyyata keçidi dəstəkləyən layihələr üçün maliyyə axınını sürətləndirmək.
AYİB-in Siyasət və Tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bowman qeyd edib: “Biz Azərbaycanda ilk dairəvi iqtisadiyyat layihəmizi dəstəkləməkdən məmnunuq. “Az-Lead” tullantı kimi atılması nəzərdə tutulan akkumulyatorları təkrar emal edir. Bizim dəstəyimizlə şirkət ətraf mühiti qoruyarkən Azərbaycan ixracını artıracaq təkrar emal və saflaşdırma potensialını gücləndirməyi hədəfləyir. Biz Aİ-nin Dairəvi İqtisadiyyat Fəaliyyət Planına tam uyğun olan bu layihəni dəstəkləməkdən məmnunuq”.
Avropa Komissiyasında Aİ-nin Şərq Qonşuluğu və İnstitusional Quruluş üzrə Direktoru Lourens Meredit əlavə edib ki, “Biz Azərbaycan və Şərq Tərəfdaşlığı ölkələri üçün İqtisadi və İnvestisiya Planımıza uyğun olan AYİB-in bu investisiyasını tam dəstəkləyirik. Aİ zəmanətinin dəstəyi sayəsində biz ölkədə yaşıl keçidə öz töhfəmizi veririk və yeni məşğulluq imkanları yaradırıq”.
“Az-Lead” 2014-cü ildə yaradılıb və Sumqayıt Sənaye Zonasında yerləşir. Şirkət təmizlənməmiş qurğuşunun ən böyük ikinci istehsalçısı və saflaşdırılmış qurğuşun külçələrinin yeganə istehsalçısıdır. Şirkət bütün qurğuşun əsaslı məhsullarını beynəlxalq miqyasda ixrac edir.
AYİB Azərbaycanda bu günə qədər maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında əksəriyyəti özəl müəssisələr olmaqla 185 layihəyə 3,6 milyard dollardan çox sərmayə yatırmış aparıcı institusional investordur.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 1 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 6 saat əvvəl
-
6 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
























