Avropa Bankı Tbilisi metrosunun bərpası üçün 50 milyon avrodan çox vəsait ayırıb
Avropa Yenidənqurma və İnkişaf Bankı [AYİB] Tbilisi metrosunun modernləşdirilməsi üçün Gürcüstana 55,6 milyon avro ayırıb.
Marja xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi bildirib.
Bu məbləğ - 50,6 milyon avroluq kredit və Yaşıl İqlim Fondundan 5 milyon avroya qədər investisiya qrantıdır.
Kredit və qrant sazişlərini maliyyə naziri Laşa Xutişvili və AYİB-in siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman imzalayıb.
Tbilisi meriyası 3-4 il ərzində metropoliten stansiyalarının tam yenidən qurulmasını başa çatdırmağı planlaşdırır.
AYİB Tbilisidə 12 metro stansiyasının, o cümlədən eskalatorların bərpasını maliyyələşdirəcək.
Tbilisi metrosunun bu yaxınlarda 57 yaşı tamam olub - ilk xətt 1966-cı il yanvarın 11-də istifadəyə verilib.
Hazırda Tbilisi metrosunun 23 stansiyası var. Tbilisi metrosunun ən dərin stansiyası olan Rustaveli 60 metr dərinlikdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 10 saat əvvəl
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti























