Dekabrda bank kartlarının sayı 206 min ədəd artıb
Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı dekabr ayının sonunda ötən aya nəzərən 206 min ədəd artaraq 13 milyon 257 min ədəd təşkil etmişdir.
Marja.az Mərkəzi Bankın yaydığı Statistik Bületeninə istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.1% artmışdır.
Ödəniş kartlarında artım debet kartları üzrə 18.7%, kredit kartları üzrə 29.4% təşkil etmişdir.
Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 144 min, kredit kartları 414 min, digər kartlar isə 1.6 mln. ədəd artmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artmışdır.
2022-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2 milyard 967 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 2 milyard 313 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 650 milyon manatı POS-terminallar, 2.7 milyon manatı isə özünə xidmət terminallarının vasitəsilə gerçəkləşdirilmişdir. Dekabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 46.9%- ni təşkil etmişdir.
Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin dekabr ayının sonu ilə müqayisədə bankomatların sayı 3.1%, POSterminalların sayı 29.8% artmışdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
46 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























