"1 milyon manatlıq qızıl zinət əşyaları aşkar etmişik, 1,1 milyon manatlıq malları müsadirə etmişik"
2022-ci il ərzində "Valyuta tənzimi haqqında" Qanuna və digər qanunvericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 535 484 ABŞ dolları (7300 saxta ABŞ dolları), 32 250 avro, 1 670 000 rus rublu, 11000 Azərbaycan manatı, 1 053 039 manat dəyərində 2604 ədəd qızıl zinət əşyaları, külçə və sikkələr, 18163 manat dəyərində 10,035 karat qiymətli daşlar, 7663 manat dəyərində 311 ədəd gümüş zinət əşyası aşkar olunub.
Marja xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib.
Bağırov qeyd edib ki, 2022-ci il ərzində gömrük orqanları tərəfindən aşkar olunmuş 27781 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 2128 hüquqi şəxs (o cümlədən 602 xarici hüquqi şəxs) və 25657 fiziki şəxs (o cümlədən 15028 xarici) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 4 milyon 393 min 266 manat cərimə tətbiq olunub, dəyəri 1 milyon 125 min 377 manat olan mallar məhkəmə orqanları tərəfindən müsadirə edilib.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 49 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qazaxıstan “Lukoyl”un aktivlərini almaq üçün ABŞ-a rəsmi müraciət göndərib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti






















