"İndi özüm sahibkaram. Hansısa sürücümüzü əvəz etmək lazım gələrsə, özüm sükan arxasına keçirəm”
“Əhməd haradadır?” filmindəki Nərgiz xalanın yük maşını sürməyini görəndən sonra qərar verdim ki, mən də sürücü olacağam. Valideynlərim məni müxtəlif yollarla fikrimdən döndərməyə çalışsalar da, arzularımın arxasınca getdim. 1975-ci ildə Bakıda sürücülük məktəbinə yazıldım. İki yüz oğlanın arasında bircə qız mən idim. Altı aylıq kursdan sonra imtahandan uğurla keçib sürücülük vəsiqəmi aldım. İlk sürdüyüm maşın isə “Zil” markalı yük avtomobili idi.
Bu sözlərin müəllifi 48 illik sürücülük təcrübəsinə malik Nuriyyə Abdullayevadır.
68 yaşlı Nuriyyə Abdullayeva Quba rayonunun İkinci Nügədi kəndində yaşayır. O, ölkəmizin şimal bölgəsində ilk avtomobil sürən qadınlardandır. Maraqlısı budur ki, N.Abdullayeva sürücülüyə 20 yaşında olarkən “Zil” markalı yük avtomobili ilə başlayıb. İki ildən sonra yük maşınını “QAZ-24”lə dəyişib. Bu maşınla taksi sürücüsü kimi ölkəmizin və keçmiş SSSR-nin bir çox şəhərlərinə sərnişin aparıb. 1979-cu ildən isə “RAF” markalı maşınla sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.
“Sürücülük vəsiqəmi aldıqdan sonra ilk iş yerim Quba Avtomobil Bazası oldu. “Zil” maşınla əsasən meyvə-tərəvəz məhsulları, yük daşıyırdım. Sonra təzə “Volqa”da taksi fəaliyyətinə başladım. İndi qadın sürücülər çoxdur. O, vaxt isə məni bütün Qubada tanıyırdılar. 3-4 il taksi sürücüsü kimi işlədim. Sonra Riqa (Latviya) şəhərinə gedib, oradan təzə “RAF” markalı mikroavtobus gətirdim. Quba-Nügədi marşrutu üzrə sərnişin daşıyırdım. Bir müddət sonra “RAF”-ı, “QAZel”lə dəyişdim. İndi özüm sahibkaram. Hazırda Quba-Nügədi marşrutu üzrə 4 avtobusumuz fəaliyyət göstərir. Hansısa sürücümüzü əvəz etmək lazım gələrsə, özüm sükan arxasına keçirəm”, - deyə o söyləyib.
Nuriyyə Abdullayeva Qubada yaxşı sürücü olmaqla yanaşı, həm də toy operatoru kimi tanınıb. Nə az, nə çox, düz 15 il toy məclislərində operator kimi fəaliyyət göstərib.
“O vaxtlar Qubada qız və oğlan toyları ayrı təşkil olunurdu. Qız toyunda qadın musiqiçilər ifa edirdi. Mən də toyların ən sevilən operatoru idim. Gündüz sürücülük edirdim. İşdən sonra toya gedirdim. Operatorluğa böyük həvəsim vardı. Amma avtomobil sürmək mənim üçün bütün məşğuliyyətlərdən önəmlidir”, - deyə Nuriyyə Abdullayeva bildirib.
Onun sözlərinə görə, 50 ilə yaxın sürücülük təcrübəsi var və indiyədək hər hansı qəza törətməyib. Təcrübəli sürücü avtomobil qəzalarının əsas səbəbinin yüksək sürət olduğunu söyləyib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 5 d. əvvəl
-
9 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
23 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 46 d. əvvəl
- 49 d. əvvəl
-
49 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"























