Bank “Gəncə” filialını yeni konseptdə istifadəyə verdi
(®) İndi Gəncə şəhərinin əhalisi, eləcə də yaxın ərazilərdə yaşayan sakinlər “Unibank”ın yenilənmiş filialında daha da yüksək xidmətlə təmin olunur.
“Unibank”ın yeni konsepsiya əsasında təmir edilən “Gəncə” filialı, biznes və pərakəndə müştərilərə rahat məkanda geniş spektrli və innovativ xidmət göstərir. Filial təmir və yenidənqurmadan sonra artıq müştərilərin xidmətindədir.
Daha geniş gözləmə zalı və çoxsaylı monitorların quraşdırıldığı filial, müştərilərə xidmətin intensivliyini artıracaq. Filialda müştərilərə bütün bank xidmətləri yüksək keyfiyyətlə göstərilir. Filial müştərilərin rahatlığı üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Yeni konseptə uyğun olaraq, filialın qarşısında 7/24 müştərilərin xidmətində olan UTM və ödəmə terminalı quraşdırılıb. Qapalı kabinədə yerləşdirilən avadanlıqlar müştərilərə isti və soyuq havalarda mədaxil-məxaric əməliyyatlarından çox rahat şəkildə istifadə imkanı yaradır.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Bankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir. Bankın paytaxt və Abşeronda yerləşən bəzi filialar isə şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
15 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
20 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 32 d. əvvəl
- 34 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















