Samsung Galaxy S23 Ultra yoxsa iPhone 14 Pro Max? - EKSPERTLƏRİN CAVABI
Ekspertlərə görə, batareya tutumu (Battery capacity) Samsung-un ən vacib üstünlüklərindən biridir.
Marja xəbər verir ki, Cənubi Koreyanın Samsung şirkəti çərşənbə günü, fevralın 1-də yeni flaqman smartfonlarını - Galaxy S23, S23 Plus və S23 Ultra smartfonlarını təqdim edib. Galaxy S23 Ultra versiyası, 200 MP kamerası ilə indiyə qədər bir smartfonda gördüyümüz ən yüksək kameraya malikdir.
Cənubi Koreya istehsalçısının S23 Ultra modeli saatda 5 min milliamper (5000 mAh) batareya tutumuna malikdir, rəqibi iPhone 14 Pro Max isə 4323 mAh-a malikdir.
Eyni nəticə orta modellərdə də müşahidə olunur: Galaxy S23+da 4700 milliamper/saat tutuma, iPhone 14 Pro və 14 Plus isə müvafiq olaraq 3200 mAh və 4,325 mAh tutuma malikdirlər. Samsung-un baza modeli Galaxy S23 də (3900 mAh) Apple iPhone 14-nü (3279 mAh) də üstələyir.
Ekspertlər vurğulayır ki, Samsung” üçün “çipsetin (sistem komponentlərinin qarşılıqlı əlaqəsini təmin edən mikrosxemlər toplusu — red.) mərkəzi və qrafik prosessorların artan tezlikləri ilə eksklüziv versiyası hazırlanıb. Belə ki, şirkət əvvəllər öz istehsalı olan çipsetdən istifadə edirdi ki, yeni Galaxy-lər isə Qualcomm şirkətinin Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz edilir.
Alıcılar premium S23 Ultra modelinə diqqət yetirməlidirlər. Onun 200 meqapiksel kamerası var. Samsung Galaxy S23 Ultra və iPhone 14 Pro Max smartfonlarının kameralarının xüsusiyyətləri oxşardır: həm parlaqlıq, həm də ölçüsündə sensorlar təqribən eynidir, lakin piksellərin təkmilləşdirilmiş düzülüşü sayəsində Cənubi Koreya brendinin cihazındakı təsvir daha aydın görünür.
10 fevral 2023-cü il tarixdən etibarən Galaxy S23, Galaxy S23+ və Galaxy S23 Ultra modellərinin Azərbaycanda satışına başlanacağı gözlənilir.
Daha ətraflı: Samsung yeni Galaxy S23 Seriyasını təqdim etdi

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 16 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























