Energetika Nazirliyi "ACWA Power" şirkəti ilə yeni əməkdaşlıq sənədləri imzalayıb
Energetika Nazirliyi və ACWA Power ümumi gücü 2,5 QVt olan külək enerjisi və enerji saxlanc sistemləri layihələri üzrə əməkdaşlıq sənədləri imzalayıbBakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 1-ci iclası çərçivəsində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında “Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi”, “Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.
Energetika naziri Pərviz Şahbazov deyib:
“Bu gündən “ACWA Power” şirkəti ilə tərəfdaşlığımız ümumi gücü 2,5 QVt olan külək elektrik stansiyaları və ölkəmizdə ilk dəfə olaraq enerji saxlanc sistemlərinin yaradılması üzrə layihələrlə genişlənir. Bu layihələr Azərbaycanın “yaşıl artım” ölkəsi və “yaşıl enerji” təchizaçısı kimi inkişafına dair dövlət siyasətinin həyata keçirilməsinə növbəti töhfələrdir. “ACWA Power” ilə birgə fəaliyyətimiz Xəzərdən Avropaya planlaşdırılan yaşıl enerji dəhlizi üçün yeni gücləri təmin etməklə bərabər, karbon emissiyalarının azaldılması, enerji keçidinin sürətləndirilməsi üçün də əhəmiyyətlidir.”
"ACWA Power" şirkətinin sədri Mohammad Abunayyan bildirib:
“Azərbaycan müdrik və uzaqgörən rəhbərlik altında daha təmiz, daha davamlı gələcəyə doğru irəlilləyir. Biz “ACWA Power” şirkəti olaraq azərbaycanlı tərəfdaşlarımızla olan münasibətlərimizi yüksək qiymətləndiririk və bu gün yeni sazişlərin imzalanması ilə ölkənin enerji transformasiyasının sürətləndirilməsində rolumuzu genişləndirməkdən məmnunuq.”
Qeyd edək ki, hazırda “ACWA Power” şirkəti ilə 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının inşası üzrə əməkdaşlıq edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
9 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib





















