"Neft və qaz nəhənglərinin mənfəətinə vergilərin artırılması neft qıtlığına səbəb ola bilər"
Dünyanın ən böyük neft və qaz şirkətlərinin rekord mənfəətləri bəzi ölkələrdə onların əlavə vergiyə cəlb edilməsi ilə bağlı müzakirələrə səbəb olub.
Marja-nın məlumatına görə, ekspertlər bildirirlər ki, neft və qaz nəhənglərinin mənfəətinə vergilərin artırılması gələcəkdə neft qıtlığına səbəb ola bilər.
Qeyd olunur ki, sənayenin investisiyalara ehtiyacı var, mənfəət, gələcəkdə neft qıtlığının olmaması üçün sərmayə qoyuluşuna yönəldilməlidir.
Qərbin aparıcı neft-qaz şirkətləri ötən il rekord mənfəət əldə etdiklərini açıqlayıblar. Hesablamalara görə, ExxonMobil, Chevron, Shell, “TotalEnergies” və s. şirkətlərin ümumi mənfəəti rekord həddə - 195 milyard dollar təşkil edib.
"Bu, ilk növbədə, bir sıra ölkələrdə izafi mənfəətin bir hissəsinin əlavə vergi şəklində geri götürülməsi ilə bağlı müzakirələrə səbəb olub. Sənaye cavab verir ki, investisiyalara ehtiyacı var, çünki aşağı qiymətlər dövründə xeyli zərərlər baş verib, investisiyalar təxirə salınıb. Yaxın keçmişdə kəşfiyyat və hasilat işlərinə az sərmayə qoyulub ki, bu da ortamüddətli perspektivdə gələcəkdə tədarük çatışmazlığına səbəb ola bilər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
11 saat əvvəl
Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro krediti bloklayıb
-
-
11 saat əvvəl
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Ötən il Azərbaycanda iqtisadi sahədə 13 mindən çox cinayət hadisəsi qeydə alınıb
-
13 saat əvvəl
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
-
13 saat əvvəl
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
- 13 saat əvvəl
-
14 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq






















