Qazaxıstan “Xəzər Düyünü” konteyner qovşağı tikəcək
Qazaxıstan hakimiyyəti 2026-cı ilə qədər qonşu ölkələrlə 5 sərhəd ticarət mərkəzi tikmək niyyətindədir.
Bu barədə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi məlumat yayıb.
"Qırğızıstanla sərhəddə yerləşən Jambıl vilayətində Sənaye Ticarət və Logistika Kompleksi yaradılacaq. Özbəkistanla sərhəddə Türküstan bölgəsində "Mərkəzi Asiya" Beynəlxalq Sənaye Əməkdaşlıq Mərkəzi yaradılacaq. Qərbi Qazaxıstan vilayətində, Rusiya ilə sərhəddə “Avrasiya” transsərhəd ticarət mərkəzinin tikintisi planlaşdırılır. Manqistau vilayətində “Xəzər Düyünü” konteyner qovşağı, Çinlə sərhəddə isə “Xorqos Düyünü” sərhəd kompleksi tikiləcək”, - məlumatda bildirilir.
Məlumata görə, ticarət və logistika qovşaqlarının fəaliyyəti anbar, saxlama, emal, yeni malların istehsalı və beynəlxalq əmtəə bölgüsü sistemlərinə inteqrasiya olunmaqla sonrakı satış sahəsində sənaye əməkdaşlığının təmin edilməsinə yönəldiləcək.
“Bunda başqa burada, qısamüddətli saxlama, logistika, ticarət yerlərinin icarəsi, satışqabağı hazırlıq, malların topdansatış lotlar üzrə konsolidasiyası və yenidən bölüşdürülməsi, yükləmə-boşaltma, transkontinental yükdaşımaların inkişaf etdirilməsi xidmətləri göstəriləcək. Güman edilir ki, transsərhəd qovşaqlar Qazaxıstanın regiondakı müəssisələrin ixrac potensialını əhatə edəcək”, - məlumatda qeyd olunur.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 48 d. əvvəl
-
-
2 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
3 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
3 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
3 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
Ən çox oxunanlar
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Azərbaycan neftinin son qiyməti
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir







.jpg)





.jpg)







