Azərbaycanda qanunsuz uyğunluq sertifikatları verilib - DÖVLƏT XİDMƏTİ MƏLUMAT YAYDI
6 qurumun fəaliyyəti müvəqqəti dayandırılıb.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi, habelə sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan uyğunluğu qiymətləndirən akkreditasiya edilmiş müstəqil qurumların fəaliyyətinə nəzarəti gücləndirib.
Xidmətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, bu məqsədlə aparılan araşdırmalar zamanı müəyyən edilib ki, bu sahədə fəaliyyət göstərən bir sıra uyğunluğu qiymətləndirən qurumlar tərəfindən Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin onlara verdiyi icazələrdən (akkreditasiya attestatı) sui-istifadə edilərək sahibkarlıq subyektlərinə qanunsuz uyğunluq sertifikatları və yoxlama haqqında şəhadətnamələr təqdim edilib.
"İstehlakçıların və sahibkarlıq subyektlərinin hüquq və mənafelərinin qorunması, habelə akkreditasiya haqqında qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması məqsədilə Dövlət Xidməti tərəfindən bu qurumlar barəsində protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib və qanun pozuntusuna yol vermiş qurumlara məhkəmə tərəfindən inzibati cərimələr tətbiq edilib",- Xidmətin məlumatında bildirilir.
Qeyd edilib ki, 2022-ci ildə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya haqqında qanunvericiliyin tələblərinə əməl etməyən 1 uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası ləğv edilib, 6 qurumun fəaliyyəti müvəqqəti dayandırılıb. Sahibkarlıq subyektlərinə təqdim edilmiş 131 uyğunluq sertifikatı və 5 yoxlama haqqında şəhadətnamənin ləğvi barədə göstəriş verilib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 d. əvvəl
-
- 29 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
























