Kapital Bank Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək göstərdi
(®️) Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən silsiləli zəlzələlər qeydə alınıb.
Dəhşətli təbii fəlakət nəticəsində zərərçəkmiş şəxslərə dəstək məqsədilə Kapital Bank tərəfindən yaradılan Qırmızı Ürəklər Fondu “Türkiyə üçün bir ürək olaq!” adlı yardım vəsaitinin toplanılması aksiyasına start verib.
Hal-hazırda davam edən aksiya çərçivəsində bankın əməkdaşları, ölkədə və xaricdə yaşayan bir çox soydaşlarımız, həmçinin müxtəlif şirkətlərin ianələri hesabına cəmi bir gün ərzində artıq 200 000 manatdan çox vəsait toplanılıb. Aksiyaya dəstək olmaq üçün https://redhearts.az saytı, Birbank rəqəmsal bankı, eləcə də Kapital Bank-ın ödəniş terminalları vasitəsilə Qırmızı Ürəklər Fonduna ianə edərək, bu təşəbbüsə siz də qoşula bilərsiniz. Toplanan vəsaitlər Türkiyədə fəaliyyət göstərən Ahbap xeyriyyə fondu vasitəsilə zəlzələ qurbanlarına yardım üçün istifadə olunacaq.
Qeyd edək ki, zəlzələ zamanı zərərçəkmiş şəxslərə dəstək məqsədilə PAŞA Holding və Kapital Bank da daxil olmaqla onun törəmə şirkətləri Türkiyənin iki önəmli yardım fonduna — Ahbap və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) hər birinə 500 000 ABŞ dolları olmaqla vəsait ianə ediblər.
Kapital Bank hadisə nəticəsində doğma və yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa və səbir diləyir. Qardaş xalqın kədəri, bizim kədərimizdir. Başın sağ olsun, Türkiyə!
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
29 d. əvvəl
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
- 36 d. əvvəl
- 40 d. əvvəl
-
1 saat əvvəl
Aeroportların tikintisi üçün torpaq alınması dövlət ehtiyacı sayılacaq
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
2 saat əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
- 2 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Ən çox oxunanlar
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Yanvarın 23-də gözlənilən hava şəraiti
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Azərbaycanda 5 bankın hər birinin problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb





















