Rusiyanın ixracında dost ölkələrin payı 65% yüksəlib
Rusiyanın xarici ticarət dövriyyəsi 11 ayda təxminən 10% artaraq 768 milyard dollar təşkil edib.2022-ci ilin 11 ayının nəticələrinə görə, Rusiyadan mal ixracı 538 milyard dollar təşkil edib, neytral və dost ölkələrin Rusiya ixracındakı payı 42 faizdən 65 faizə yüksəlib.
Marja xəbər verir ki, bu barədə cümə günü RBC İqtisadi İnkişaf Nazirliyinin 2022-ci ilin yekunlarına dair təqdimatına istinadən məlumat yayıb.
Məlumata görə, 2022-ci ilin yanvar-noyabr aylarında Rusiyadan mal ixracı pul ifadəsində 2021-ci ilin yanvar-noyabr ayları üzrə ixrac həcmini 23,4% üstələyib. Eyni zamanda, Rusiyaya idxal 12,7% azalaraq 230 milyard dollar təşkil edib. Qeyd edilib ki, Rusiyanın xarici ticarət dövriyyəsi 11 ay ərzində təxminən 10% artaraq 768 milyard dollar təşkil edib.
Xəbərdə bildirilir ki, 2022-ci ilin sonunda Rusiyadan ixracda qeyri-dost ölkələrin iqtisadiyyatlarının payı 35%-ə enib, ilin əvvəlində isə bu, 58% idi. Rusiya ixracatında neytral və dost ölkələrin payı 65%-ə yüksəlib, son 11 ayda belə ölkələrə ixrac 350 milyard dollar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti























