“Mətanət A” şirkəti Misirdə zavod tikəcək
“Mətanət A” şirkəti Misirdə zavod tikəcək.
Bu barədə “Mətanət A” şirkətindən Marja-ya daxil olmuş məlumatda bildirilir.
Qeyd edilib ki, Yanvarın 27-də Bakıda Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycanın iş adamları ilə görüşü keçirilib.
Görüşdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Misir Prezidenti Əbdülfəttah Əs-Sisi çıxış ediblər.
İqtisadiyyat naziri M.Cabbarov çıxışında hazırkı tədbirin ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcəyinə əminliyini bildirib. Azərbaycan ilə Misir arasında siyasi-iqtisadi əlaqələrin qarşılıqlı hörmət, dostluq və faydalı əməkdaşlıq əsasında inkişaf etdiyini vurğulayan M. Cabbarov dövlət başçılarının siyasi iradəsinin ikitərəfli əlaqələrin möhkəmlənməsində və genişlənməsində mühüm rol oynadığını bildirib. O, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən, yaradılan biznes mühitindən, həyata keçirilən yaşıl enerji layihələrindən və dövlətin bu prosesə verdiyi dəstəkdən danışıb.
Ölkəmizə səfərindən məmnunluğunu bildirən Prezident Əbdülfəttah Əs-Sisi Misirin sadiq dostu, bu il 100 illik yubileyi qeyd ediləcək Ümummilli Lider Heydər Əliyevin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük uğurlara nail olduğunu qeyd edib.
Daha sonra görüş müzakirələrlə davam edib.
Görüşdə iştirak edən “Mətanət A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirova söz verilib. E. Bəşirov çıxışı zamanı Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisiyə Misirdə inşaat materialları zavodunun tikilməsini təklif edib.
“Hörmətli cənab Prezident, “Mətanət A” şirkəti Azərbaycanda tikinti materiallarının istehsalında innovativ texnologiyaları tətbiq edən ilk şirkətdir. Şirkətimiz artıq bir neçə ildir ki, SMART və nanotexnologiyaları uğurla tətbiq edir. Bu şirkət siyasətinin həm Azərbaycan Respublikasının daxilində, həm də ölkə hüdudlarından kənarda qloballaşma strategiyasının mühüm hissəsidir”, – Elxan Bəşirov qeyd edib.
O, həmçinin cənab Əs-Sisiyə Misirdə innovativ tikinti materialların istehsalı zavodun qurulmasını təklif edib. Sahibkar verdiyi təklifin Misir höküməti tərəfindən müsbət qarşılanacağı halda bu yöndə öz üzərinə düşən missiyanı layiqincə və yüksək keyfiyyətlə yerinə yetirəcəyini qeyd edib.
Misir Prezidenti Elxan Bəşirova təşəkkür edib. “Biz hər zaman sahibkarlara və xarici investorlara hər cür şərait yaratmağa və eyni zamanda sizin investisiyalarınızı və ayıracağınız sərmayəni təşviq etməyə hazırıq”, - deyə Misir Prezidenti Əbdülfəttah Əs-Sisi xüsusi vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
11 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
12 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
12 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb





















