Azərbaycanda pivə arpası emalı üzrə mühüm ANLAŞMA
Azərbaycan İnvestisiya Şirkəti və "AzərŞəkər" MMC pivə istehsalı üçün səməni arpasının emalı layihəsi üzrə birgə investisiya imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb.
Marja xəbər verir ki, bunu Azərbaycanım iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
Layihənin əsas məqsədi yerli istehsala dəstək və idxaldan asılılığın azaldılmasıdır.
Xatırladaq ki, pivə istehsalçısı "Carlsberg Azerbaijan" və "AzərŞəkər" ölkədə pivəlik arpa kultivasiyasının inkişafı üzrə tərəfdaşlıq çərçivəsində memorandum imzalayıblar. "Carlsberg Azerbaijan" və "AzərŞəkər" şirkətləri tərəfindən Azərbaycanda pivəlik arpa becərilməsi üzrə layihəyə start verilib. "Carlsberg Azerbaijan" şirkəti pivə istehsalı üçün arpaya olan illik tələbatını yerli istehsal hesabın ödəməyi hədəfləyir.
"AzərŞəkər" MMC 2017-ci ildə təsis edilib və ölkənin ayrı-ayrı rayonlarında əkin sahələrinə yatırım etməklə, müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur.
"Carlsberg Azerbaijan" pivə zavodu Xırdalan şəhərində yerləşir. Zavodun isteshal gücü ildə 8 milyon dekalitr təşkil edir. Şirkətin portfelinə Xırdalan, Tuborg, Балтика, Кулер, Əfsanə, Carlsberg, Kronenbourg Blanc 1664, Seth&Riley's Garage və s. kimi populyar brendlər daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
10 d. əvvəl
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
- 20 d. əvvəl
- 32 d. əvvəl
- 37 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
-
1 saat əvvəl
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Daha bir BOKT 15 faizlə borca pul istəyir - ŞƏRTLƏR
Qızılın qiymətində yeni rekord
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
Ən çox oxunanlar
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
Nəhəng neft şirkəti olan Lukoil ABŞ şirkətinə satılır
“AzerGold” qızılın bahalaşmasına münasibət bildirdi
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər
Yanvarın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!






















