Avro və funtun ucuzlaşması daha kəskin xarakter ala bilər - GÜNƏ BAXIŞ
Amerikada çərşənbə günü açıqlanan pərakəndə satış dövriyyəsinin həcminə dair statistik məlumatlar, investorlar tərəfindən ABŞ Federal Ehtiyatlar Sisteminə (FED) faiz dərəcələrini yüksəltmək üçün əlverişli zəmin yarada biləcək dayanıqlı bir iqtisadiyyatın mövcudluğuna işarə olaraq qəbul edildiyinə görə dollar indeksinin major valyutalar qarşısında yenidən bahalaşmasına dəstək oldu.
Həmçinin İngiltərədə dərc olunan inflyasiya göstəriciləri də funt-sterlinqin və avronun dollar qarşısında ucuzlaşmasına səbəb oldu.
Dünən 103.80 hədlərinə yüksələn dollar daha sonra 103.35 hədlərinə gerilədi. “Buğa"lar DXY-ın qiymətini 103.50 bənd həddinin üzərinə qaldıra və orada saxlaya bilsələr, EUR/USD, GBP/USD məzənnələrində eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Bu gün Bakı vaxtı ilə saat 17:30-da Amerikada açıqlanacaq istehsal qiymətləri indeksi, tikinti üzrə icazələrin sayı, eləcə də, Filadelfiya FED-dən emalat indeksi kimi önəmli iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq.
Dolların bahalaşması fonunda qızıl ucuzlaşmaqda davam edir. Hazırda 1840$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə qiyməti 1850$ səviyyəsinin altında qaldığı müddətcə,1800$-a kimi ucuzlaşa bilər.
Kriptovalyuta birjalarının lokomativi olan bitkoin dünən gün ərzində 22 000$-ın üzərində dəstək görərək təqribən 11% dəyər qazanıb. Hazırda 24700$-ın üzərində ticarət edilən BTC/USD 25000$ müqavimətini qırsa, 27000$-a kimi bahalaşa bilər.
Təhlil “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 24 d. əvvəl
-
- 27 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı


























