Dövlət Xidməti “SOCAR Petroleum”un alıcıları benzin, dizel və maye qaz satışında aldadıb-aldatmadığını yoxlayır
“SOCAR Petroleum” QSC-də nəzarət tədbirlərinin nəticələri“SOCAR Petroleum” QSC-nin müraciəti əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölçmə vasitələrinin yoxlanılması məqsədilə Bakı, Sumqayıt və Abşeron ərazilərində yanacağın və maye qazın satışını həyata keçirən “SOCAR Petroleum” QSC-yə məxsus 32 yanacaqdoldurma məntəqəsində, habelə neft bazalarında monitorinqlər aparıb.
Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Marja-ya daxil olmuş məlumatda bildirilir.
Qeyd edilib ki, Dövlət Xidməti tərəfindən qeyd olunan YDM-lər və neft bazalarında istifadə olunan 1992 sayda ölçmə vasitəsi (yanacaq paylayıcı kolonka, yanacaq çəni, ölçü qabı və s.) müəyyən edilib. Hazırda həmin ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Vurğulanıb ki, qanunvericiliyin tələblərinə əsasən yanacaqdoldurma məntəqələrində buraxılan yanacağın həcminin və kütləsinin ölçmə vasitələri, habelə maye qazdoldurma məntəqələrində avtonəqliyyat vasitələrinə qaz doldurulmasında tətbiq edilən qaz həcmi və kütləsinin ölçmə vasitələrinin yoxlamaya təqdim edilmədən istifadəsi qadağandır. Təsərrüfat subyektləri tərəfindən yoxlamaya təqdim edilməmiş ölçü cihaz və avadanlıqlarından istifadə inzibati məsuliyyətə səbəb ola bilər. Ümumilikdə qeyd edilən inzibati məsuliyyət və qadağalar ölkə ərazisində yanacağın, eləcə də maye qazın satışını həyata keçirən bütün yanacaqdoldurma məntəqələrinə şamil edilir.
İstehlakçılar yanacaqdoldurma və maye qazdoldurma məntəqələrində istifadə olunan ölçü cihaz və avadanlıqların üzərinə vurulmuş yoxlama nişanı və eləcə də, yoxlama haqqında şəhadətnaməni tələb edə bilərlər.
Yanacaq və maye qazın satışını həyata keçirən YDM-lərdə yoxlamadan keçməmiş ölçü cihaz və avadanlıqları ilə qarşılaşdıqları təqdirdə, istehlakçılar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
10 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
11 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
11 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb






















