“Biznesdə qadınların gücü” layihəsi çərçivəsində təlimlər davam edir
(®️) “Rabitəbank” ASC və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və "Marsol" MMC-nin dəstəyi ilə həyata keçirilən “Biznesdə Qadınların Gücü” layihəsi çərçivəsində qadın sahibkarlar üçün təlimlər davam edir.
Sənaye, kənd təsərrüfatı, ticarət və digər xidmət sahələrində fəaliyyət göstərən 23 qadın sahibkar üçün fevral ayında “Bakı KOB evi”ndə təlimlər təşkil olunub.
Təlimlər “Biznes psixologiyası”, “Şirkətin inkişafında sistemləşmə və markalaşmanın önəmi”, “Biznes planın hazırlanması və investorların cəlb olunması”, “Satış danışıqlarının aparılması” mövzularını əhatə edib. Təlimçi-ekspertlər Zahid Adıgözəlov, Sakit Səmədov, Niyazi Abbasov və Azad Qəhrəmanovun iştirakı ilə keçirilmiş təlimlərdə müvafiq mövzularda məlumat verilib, qadın sahibkarları maraqlandıran suallar cavablandırılıb. Növbəti mərhələdə layihə iştirakçısı olan qadın sahibkarların müxtəlif istiqamətlərdə sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri ilə görüşləri təşkil ediləcəkdir.
Qeyd edək ki, layihənin məqsədi qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun və işgüzar fəallığının artırılmasına dəstək olmaqdır. Layihənin sonunda iştirakçıların təqdim etdiyi ən yaxşı 3 layihənin maliyyələşdirilməsinə dəstək göstəriləcək (1-ci yer 5000 manat, 2-ci yer 3000 manat və 3-cü yer 2000 manat).
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
24 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
29 d. əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
- 45 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 2 saat əvvəl
-
3 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
3 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
3 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Ən çox oxunanlar
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb



























