“İyunda böyük həcmdə konteyner daxil oldu, yüklər limanın saxlama qabiliyyətini iki dəfə üstələyirdi"

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 2022-ci ildə 52 min 276 TEU konteyner aşırılıb ki, bu, 2021-ci illə müqayisədə 16,1 % çoxdur.
Bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli bildirib.
Onun sözlərinə görə, limanda konteyner daşımaların dövriyyəsi son 8 ildə artır: “Hər il Bakı Limanında daha çox konteyner aşırırıq. 2021-ci ildə Bakı Limanında 45,025 min TEU konteyner aşırılıb. Bu konteynerlərin içində Çindən gələn konteynerlər də var. Bu konteynerlər Avropadan Orta Asiyaya, Orta Asiyadan Qərb ölkələrinə, Çindən Qərb istiqamətinə də daşınır”.
X.Həsənli deyib ki, Rusiya-Ukrayna münaqişəsi yeni başlayanda 2022-ci ilin fevralından sonra aprel və may aylarında Orta Dəhlizdə daşınan konteynerlərin həcmi kəskin artıb: “İyunda böyük həcmdə konteyner daxil oldu, lakin Orta Dəhliz birdən-birə 2-3 dəfə artıma hazır deyildi. Həmin vaxt daşımalarda müəyyən gecikmələr müşahidə edildi. Bu yük həcmləri limanın yükaşırma potensialından aşağı idi. Ona görə də bu yükləri aşıra bilmək imkanımız var idi.
Sadəcə yüklər limandan vaxtında çıxa bilmirdi, limanın saxlama qabiliyyətini iki dəfə üstələyirdi, çünki limanın müəyyən yüklərin saxlama potensialı var. Digər yükləri saxladığımız yerlərdə konteyner saxlayırdıq. Bu konteynerlər 3 gündən çox limanda qalmamalıdır. Belə ki, həmin vaxt konteyner yüklərinin davamı gəldiyinə görə böyük bir stok formalaşmışdı. Bu stok yavaş-yavaş daşındı, amma bu daha tez daşınmalı idi”.
O əlavə edib ki, Bakı Limanında ağır yük terminalı transformasiya edilir və bu imkan verəcək ki, orda həm də konteynerləşdirilmiş yüklər aşırılsın: “Bu terminalda əlavə 35 min TEU konteyner aşıra bilərik. Ümumimiyyətlə, biz yeni yüklərin axınına hazır olmalıyıq”.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Report
Müştərilərin xəbərləri

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
25 d. əvvəl
"Bir çox sahibkar bu barədə məlumatsızdırlar və risklərin fərqində deyillər
-
-
51 d. əvvəl
Leobank premium Leo Prime Visa kartının alınması prosesini sadələşdirib
-
1 saat əvvəl
Avtobuslarda gediş haqqı məsafədən asılı olaraq dəyişəcək - QİYMƏT AZI 60 QƏPİK OLACAQ
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda istehlak kreditləri biznes kreditlərindən 3 dəfə sürətli artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” “SIBOS 2025” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Metro və avtobuslarda gediş haqqları artırıldı
Ən çox oxunanlar

Azərbaycanın bank sektronda mənfəət sabit qalıb - MƏBLƏĞ

Bank sektorunda son vəziyyət

“PAŞA Bank”ın dəstəyilə “Koroğlu” operası yenidən səhnədə

OPEC+ neft hasilatını daha daartırmağa hazırlaşır

Rəsmi məzənnələr açıqlandı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
