“AA Services FZCO” şirkəti “AAS-Ekol”dan pulunu geri çəkib
“AA Services FZCO” şirkəti “AAS-Ekol” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiliyindən çıxıb.
Marja xəbər verir ki, bunu “AAS-Ekol” MMC-nin direktoru Əliyev Mürvət Rüstəm oğlu bildirib.
Qeyd edilib ki, “AAS-Ekol” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı, MMC-nin təsisçisi “AA Services FZCO” şirkətinin təsisçilikdən çıxması ilə əlaqədar azalaraq 250 min manat təşkil edir.
Bütün kreditorlar və debitorlar 1 ay müddətində AZ1154, Bakı şəhəri, İsmayıl Hidayətzadə küçəsi 51A nömrəli ünvanda yerləşən “AAS-Ekol” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edə bilərlər.
“AAS-Ekol” şirkətinin nizamnamə kapitalı 477 min 874 avro (cari məzənnə ilə 861 min 176 manat) təşkil edirdi. “AA Services FZCO” şirkətinin “AAS-Ekol” MMC-də payı təxminən 611 min manat təşkil edib.
“AAS-Ekol” MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş (21 may 2021-ci il tarixli, 2101020028880500 N-li dövlət reyestrindən çıxarış) çıxarışa əsasən 2010-cu il fevralın 1-də dövlət qeydiyyatına alınmışdır (VÖEN:1401740701).
Qeyd edək ki, "AA Services" neft və qaz sənayesi üçün Birləşmiş Ərəb Əmitliklərində (BƏƏ) qeydiyyatdan keçmiş qazma tullantılarının idarə edilməsi şirkətidir. "AA Services" 1996-cı ildə yaradılıb və şirkətin BƏƏ, Azərbaycan, Qazaxıstan, Türkiyədə ofisləri, Konqo və Seneqalda layihələri var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
8 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 35 d. əvvəl
- 39 d. əvvəl
- 41 d. əvvəl
- 43 d. əvvəl
- 47 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)








.jpg)







