"Rusiya-Ukrayna müharibəsi Azərbaycanın xarici ticarət balansını gücləndirib"
"Fitch Ratings" beynəlxalq kredit reyting agentliyi Rusiya-Ukrayna müharibəsinin inkişaf etməkdə olan Avropa ölkələrinin kredit reytinqinə təsirini açıqlayıb.
Agentliyin məlumatına görə, inkişaf etməkdə olan Avropada Covid-19 pandemiyası dövründə olduğu kimi yeddi ölkənin suveren reytinqi "mənfi" olaraq qalır.
"Fitch Ratings" bildirib ki, Şimali Makedoniya (BB+) və Rumıniya (BBB-) ilə bağlı mənfi proqnozlar müharibədən əvvəl yaranıb. Çexiya (AA-), Estoniya (AA-), Macarıstan (BBB) və Slovakiya (A) üzrə "mənfi" proqnoz müharibənin yaratdığı enerji böhranı və fiskal siyasətdən yaranan riskləri əks etdirir. "2022-ci ildə Ukrayna və Belarusun reytinqlərinin aşağı salınması ilə birlikdə bu, müharibənin region ölkələri üçün yaratdığı kredit şərtlərinin əsaslı şəkildə pisləşməsinin göstəricisidir" - Agentliyin açıqlamasında qeyd edilib.
"Fitch" qeyd edib ki, Qafqaz və Mərkəzi Asiyada ölkələri 2022-ci ili olduqca yaxşı keçirib. Rusiya, Ukrayna və Belarusdan Gürcüstana (BB) və Ermənistana (B+) gözlənilməz insan və kapital axını hər iki ölkənin makroiqtisadi, fiskal və xarici göstəricilərini artırıb.
Agentlik əlavə edib ki, müharibənin neft və qaz qiymətlərinə təsiri enerji idxalçıları üçün mənfi təsir etsə də, yüksək qiymətlər Azərbaycan (BB+) və Türkmənistan (B+) kimi ixracatçıların fiskal və xarici ticarət balanslarını gücləndirib. "Biz 2022-ci ilin oktyabrında Azərbaycanın, bu ayın əvvəlində isə Türkmənistanın proqnozunu müsbətə çevirdik"- "Fitch Ratings" vurğulayıb.
5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 23 saat sonra
- 6 d. əvvəl
-
17 d. əvvəl
SOCAR-ın reytinqi "şəffaflıq və maliyyə siyasətindəki irəliləyişlərə görə" qaldırıldı
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2025-ci ildə mənzil bazarında alıcıların üstünlük verdiyi yeni trendlər
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
“Bakı Elektroavtomat”ın rəhbərliyi formalaşdırılacaq
Azərbaycan Çin şirkətilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsi üçün müqavilə imzaladı
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
Sənaye şirkəti ləğv edilir
İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















.jpg)
