20 tikinti şirkətindən birgə bəyanat
Azərbaycan Respublikasının Birinci vitseprezidenti Mehriban xanım Əliyevanın məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı nəcib təşəbbüsünə öz töhfələrini vermək məqsədi ilə Bakının Səbail rayonunun tikinti sahəsində fəaliyyət göstərən 20-dən çox podrat qurumu rəhbərlərinin iştirakı ilə toplantı keçirilmişdir.
Rayon sahibkarları adından çıxış edən “Pilot Residense” şirkətinin rəhbəri Babək İsmayılov öncə dövlətin sahibkarlara yaratdığı şəraitə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmiş və ölkədə aparılan sosial əhəmiyyətli tədbirlərin reallaşmasında, xüsusilə də məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında lazımi kömək göstərməyə hazır olduqlarını diqqətə çatdırmışdır.
İş adamı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma mərasimindəki çıxışını xatırladaraq demişdir ki, biznes strukturları, sahibkarlar da soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşmasına biganə yanaşmamış, daim öz dəstəklərini vermiş və bu təşəbbüsə Səbail rayonunda ilk olaraq “Pilot Residense” şirkəti qoşulmuşdur.
“Kristal Abşeron” MTKnin rəhbəri Məhayət Nəbiyev isə bildirmişdir ki, ölkə baş- çısının təşəbbüsü ilə tikinti, xüsusilə də mənzil tikintisi məsələlərinə diqqət artırılmışdır. Bu istiqamətdə Səbail rayonunda da tikinti sektoruna əlverişli şərait yaradılmış, problemlər aradan qaldırılmışdır. O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın son vaxtlardakı fəaliyyətini, xususilə də məcburi köçkünlərin yaşayış şəratinin yaxşılaşdırılması istiqamətindəki işlərini bir iş adamı kimi dəstəklədiklərini vurğulamış və bu təşəbbüsün həyata keçirilməsinə öz töhfələrini verməyə hazır olduqlarını söyləmişdir.
“Kaspian Servis” şirkətinin rəsmisi Rəhim Sultanov da dövlətimizin sahibkarlar üçün yaratdığı əlverişli biznes mühitindən faydalanaraq soydaşlarımızın problemlərinin həlli istiqamətində əllərindən gələni əsirgəməyəcəklərini vurğulamışdır.
Görüşdə bildirilmişdir ki, Səbail rayonu ərazisində mənzil tikintisi ilə bağlı hazırda 10-dan çox pilot layihəsi həyata keçirilir. 8 ünvanda tikinti aparılır, digər layihələrlə bağlı isə sənədləşmə işləri gedir. Bu layihələrdə iştirak etmək üçün yeni-yeni sahibkarlar müraciət edirlər. Sonda Səbail rayonunda tikinti sahəsində çalışan sahibkarlar adından bəyanat qəbul edilmişdir.
© “Xalq qəzeti”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























