Modernləşdirilmiş 1000 və 5000 rublluq əskinaslar dövriyyəyə buraxılacaq
Rusiya Mərkəzi Bankı bu yayda 1000 və 5000 rubl nominalında modernləşdirilmiş əskinasları dövriyyəyə buraxmağı planlaşdırır.
Marja xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədr müavini Sergey Belov tənzimləyicinin bankirlərlə Rusiya Banklar Assosiasiyasının təşkil etdiyi tədbirdə çıxışı zamanı bildirib.
"2023-cü ilin yayında biz 1 min rublluq və 5 min rublluq əskinasları təqdim etməyi planlaşdırırıq. Təkmilləşdirilmiş əskinaslar təkmilləşdirilmiş dizayna malik olacaq... mükəmməl təhlükəsizlik sistemi, aşınmaya daha davamlı olacaq", -deyib.
Həmçinin, Rusiya Mərkəzi Bankı bu yay modernləşdirilmiş 100 rublluq əskinasları da dövriyyəyə buraxacaq.
"Modernləşdirilmiş 100 rublluq əskinas artıq hazırdır, onun yayda dövriyyəyə buraxılması planlaşdırılır", - Rusiya Mərkəzi Bankının sədr müavini Sergey Belov bildirib.
Rusiya Mərkəzi Bankı ötən ilin yayında yeni 100 rublluq əskinası təqdim edib. Modernləşdirilmiş əskinas tədricən dövriyyəyə buraxılacaq, onlar 1997-ci ildə buraxılmış yüz rublluq əskinasları ilə bərabər dövriyyədə olacaqlar.
1997-ci il də dövriyyəyə buraxılmış qalan əskinaslar da plana uyğun olaraq modernləşdiriləcək. Belə ki, yenilənmiş 1000 və 5000 rubl 2023-cü ildə, 500 rubl 2024-cü ildə, 10 və 50 rubl isə 2025-ci ildə dövriyyəyə buraxılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
2 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
3 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
4 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın






.jpg)
.jpg)








.jpg)








