Daha bir şirkət daxili bazara balıq əti çıxaracaq - "Bu il ilk satışımızı həyata keçirəcəyik"
Astara rayon Kələdəhnə kənd ərazisində ümumi sahəsi 1 hektar olan "Beluqa Astara" MMC-nin yaradılmasına 2017-ci ildən başlanılıb. Nərəcinsli balıqların körpələrinin bir hissəsi Varvara balıqçılıq müəssisəsindən, qalanı isə Xıllı nərə balıqartırma zavodundan alınıb. Burada müxtəlif yaşda və çəkidə bölgə (beluqa), uzunburun, nərə və çökə balıqları yetişdirilir.
Təsərrüfat sahibi Muxtar Şiriyevin sözlərinə görə, balıqçılıq təsərrüfatlarının yaradılması brokonyerliyin qarşısının alınmasında da böyük rol oynayır. Eyni zamanda, qida təhlükəsizliyini təmin edir:
“Əsas iş prinsipimiz su itkisi olmadan, yəni ekologiyaya zərər vermədən balıq yetişdirməkdir. Yetişdirilən nərəcinsli balıq körpələri böyüdülərək əmtəəlik məqsədilə istifadə ediləcək. İstehsal olunan balıq əti və kürü təbii su hövzələrindən ovlanan balıqlardan alınan məhsullardan fərqlənməyəcək. Çünki balıqlar tam təbii yemlərlə qidalanır. İstehsal edilən məhsulların bir hissəsinin yerli bazarlara çıxarılması nəzərdə tutulur”.
Sahibkarın sözlərinə görə, burada ilkin mərhələdə il ərzində 5 tona yaxın, qarşıdakı illərdə isə 30 tona yaxın balıq əti və kürü əldə olunacaq. İstehsal olunan məhsul yerli bazarın tələbatının ödənilməsinə yönəldiləcək. “Hələki satışımız olmayıb. İnşallah bu il ilk satışımızı həyata keçirməyi planlaşdırırıq. İlkin mərhələdə il ərzində 5 tona yaxın balıq ətini satışa çıxaracağıq. Sonrakı illərdə isə bu çəki 25-30 tona yaxın olacaq. Kürü satışımız isə 3-4 il sonra həyata keçiriləcək”, - deyə o əlavə edib.
Belə təsərrüfatlar bioloji müxtəlifliyin qorunmasında, bərpasında, nərəcinsli balıqların nəsli kəsilmə təhlükəsinin aradan qaldırılmasında mühüm rol oynayır.
“Hazırda müəssisədə 15 nəfər daimi işlə təmin olunub. Burada müxtəlif ölçülü 70 dairəvi hovuz tikilib və dəniz suyu ilə doldurulub. Təsərrüfatımızın genişləndirilməsi və inkişafı üçün Sahibkarlığın İnkişafı Fondundan 500 min manat güzəştli kredit əldə etmişik. Bu vəsait hesabına dənizdən hovuzlara gələn su borularının sayını çoxaltdıq, yeni hovuzlar tikərək, ana balıqlar aldıq və 10-dan çox artezian quyusu qazdıq”.
Beləliklə, Astara rayonunda balıqçılıq sənayesinin inkişafında mühüm addım atılıb. İndi "Beluqa Astara" balıq və kürü istehsalını artıraraq, ölkə bazarlarına məhsul çıxarmağı əsas hədəf kimi müəyyənləşdirib.
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
19 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
22 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























