Dünyanın böyük investisiya şirkətindən "Ərdoğan seçkini uduzsa ssenarisi"
Təxminən 7,1 trilyon dolları idarə edən investisiya şirkəti " Vanguard", Türkiyə ilə bağlı seçki təhlilində hökumətin dəyişəcəyi təqdirdə Türkiyə istiqrazlarının çox qazanclı ola biləcəyini qeyd edir. “Ərdoğan uduzarsa, Türkiyə istiqrazları çox qazanclı ola bilər. Əgər Ərdoğan qalib gəlsə, çox güman ki, ənənəvi olmayan faiz siyasətini və kredit ekspansiyasını davam etdirəcək və bu halda, çox güman ki, xarici maliyyə çatışmazlığı geniş miqyasda qalacaq. Ərdoğanın uduzduğu ssenaridə valyuta istiqrazları ən yaxşı variantlardan biri ola bilər. Çünki yeni iqtidarın dövründə çox güman ki, məzənnə düşməli olacaq (Türk Lirəsi bahalaşacaq, ABŞ dolları ucuzlaşacaq - red).Dünyanın ən böyük investisiya şirkətlərindən biri olan "Vanguard Group", Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 20 ildə ilk dəfə seçkini uduzması halında Türkiyənin istiqraz bazarında böyük potensialın ortaya çıxacağını proqnozlaşdırıb.
Marja xəbər verir ki, təxminən 7,1 trilyon dolları idarə edən Vanguard Group Inc-in İnkişaf Etməkdə Olan Bazarlarda Sabit Gəlirli Qiymətli Kağızlar Departamentinin rəhbəri Nik Eisinger, may ayında keçiriləcək prezident seçkisindən əvvəl Türkiyə üçün bəzi "çəki azaltmaq" mövqeləri bağlamağa başladıqlarını bildirib.
Bu addım "Vanguard"ı Ərdoğan dövrünün sona çatması ehtimalı üçün mövqe tutan investorlar sırasına daxil edir. Xarici investorlar lirədəki aktivlərini rekord səviyyəyə endirirlər. Son 5 ildə istiqraz və səhm bazarlarında 60 milyard dollarlıq xaricə axın olub.
Bloomberg-ə danışan Eisinger, “Ərdoğan itirərsə, Türkiyə istiqrazları çox qazanclı ola bilər. Ərdoğan qalib gəlsə, çox güman ki, ənənəvi olmayan faiz siyasəti və kredit ekspansiyasına davam edəcək və o zaman xarici maliyyə çatışmazlığı böyük miqyasda qalacaq”, deyib.
Ərdoğanın yüksək faizlərin inflyasiyanın səbəbi olduğu tezisi ilə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 2018-ci ildən bəri faiz dərəcələrini aşağı səviyyədə saxlayıb. Bu siyasətin əks təsiri olaraq yüksək inflyasiya, lirənin zəifləməsi və lirədəki alətlərə "iştahın" getdikcə azalması əcnəbilərin ölkəni tərk etməsi ilə nəticələnib.
“Altılı masa” kimi tanınan müxalifətin Millət bloku bu həftənin əvvəlində CHP lideri Kamal Kılıçdaroğlunu prezidentliyə namizəd elan edib. Kılıçdaroğlu deyir ki, onlar Ərdoğanın siyasətini tərsinə çevirəcəklərinə söz verirlər, mərkəzi bankın müstəqilliyini və iqtisadi problemlərə daha bazar dostu yanaşmanı mənimsəyəcəklər.
Eisinger deyib ki, müxalifət seçkidə qalib gələrsə, məzənnənin düşməsinə icazə veriləcək.
Türkiyə hakimiyyəti son altı ayda lirəni tədricən ucuzlaşma xəttində nəzarətdə saxlayıb.
Eisenger, “Ərdoğanın uduzduğu ssenaridə valyuta istiqrazları ən yaxşı variantlardan biri ola bilər. Yeni iqtidarın dövründə çox güman ki, Dollar/TL məzənnəsi düşməli olacaq (Lirə bahalaşacaq, dollar ucuzlaşacaq - red)”, -deyib.
"RBC Global Asset Management Fund"da menecer Laurence Bensafi eyni şeyin səhm bazarı üçün də keçərli ola biləcəyinə inanır.
"Sorğular müxalifətin irəlidə olduğunu göstərməyə başlasa, bəzi xarici investorlar geri qayıdacaqlar",- Bensafi deyib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 41 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)







.jpg)



.jpg)







