“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İnvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Ötən həftənin əvvəli ABŞ Senatının Bankçılıq, Mənzil və Şəhər İşləri Komitəsində yarımillik “Pul Siyasəti Hesabatı” ilə çıxış edən FED sədri Jerom Pavelin monetar siyasətin gələcəyi ilə bağlı sərt açıqlamalarından sonra FED-in 21-22 mart tarixlərində keçiriləcək iclasında faiz dərəcələrində 50 baza bəndi artıma gedəcəyi ehtimalları 70%-ə yüksəlib ki, bu da öz növbəsində dolların major valyutalar qarşısında kəskin bahalaşmasına dəstək olub.
Lakin həftənin sonuna doğru Amerikada açıqlanan makroiqtisadi göstəricilər fonunda dollar dünya birjalarında kəskin ucuzlaşdı.
Belə ki, cümə günü açıqlanan “NFP” göstəricisi fevral ayında proqnozları üstələyərək 311 min artarkən, ümumi işsizlik səviyyəsi 3.4%-dən 3.6%-ə kimi artıb.
FED-in yaxından izlədiyi orta saatlıq qazanc eyni dövrdə 0.2% artsa da, analitiklər 0.3%-lik artımın olacağını proqnozlaşdırırdılar.
ABŞ-da yanvar ayında İstehlak Qiymətləri İndeksi (CPI) və İstehsal Qiymətləri İndeksi (ÜFE) müvafiq olaraq 6.4% və 6% artarkən, hər iki göstəricinin bazar gözləntilərinin üzərində olması inflyasiyada azalma tendensiyası ilə bağlı sualları gündəmə gətirib.
Ölkədə fabrik sifarişləri ilin ilk ayında 1.6% azalsa da, proqnozların altında qalıb. Pərakəndə satış dövriyyəsinin həcmi isə yanvarda proqnozlaşdırılandan daha çox - 3% artıb.
Yanvar ayında ölkədə “JOLTS” vakansiyalarının sayı 10 milyon 842 minə qədər azalsa da, son rəqəmlərin proqnozların üstündə qalması diqqəti çəkdi.
FED-in bu ayki “Bej Kitab Hesabatı” da ümumi iqtisadi aktivliyin 2023-cü ilin əvvəlində "bir qədər" artdığını göstərir. Bir çox bölgələrdə qiymət artımlarının ləngiməsinə baxmayaraq, inflyasiya təzyiqlərinin geniş şəkildə davam etdiyinə diqqət çəkilərək, qiymət artımlarının il boyu mülayim şəkildə davam edəcəyinin gözlənildiyi qeyd edilib.
Qarışıq makroiqsitasdi göstəricilərin təsiri ilə artan qeyri-müəyyənliklər fonunda cümə günü dollar kəskin ucuzlaşaraq 103.50 bənd hədlərinə kimi gerilədi.
Bu həftə Amerikada açıqlanacaq fevral ayı üçün İstehlak Qiymətləri İndeksi və İstehsal Qiymətləri İndeksi göstəriciləri DXY-da tendensiyanın gediçinə ciddi təsir edə bilər.
EUR
Bu həftə Avrozonada açıqlanacaq inflyasiya göstəriciləri və Avropa Mərkəzi Bankının faiz qərarı EURUSD məzənəsində tendensiyanın formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Təhlillərə əsasən dollar indeksindəki artım tendensiyası güclənərsə, avro dollar qarşısında 1.05$ hədlərinə qədər ucuzlaşa bilər.
GBP
Ötən həftəni 1.20$ səviyyəsinin üzərində tamamlayan GBPUSD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq əmək bazarına dair statistik göstəricilər ciddi təsir edə bilər.
GOLD
Amerikada ziddiyətli nəticələrlə yadda qalan makroiqtisadi göstəricillərin dərcindən sonra DXY-ın 105.50 bənd hədlərində müqavimətlə qarşılaşaraq geriləməsi fonunda qızıl 1866$-a kimi bahalaşdı. Təhlillərə əsasən bu həftə Avrozonada və Amerikada açıqlanacaq inflyasiya göstəriciləri, həmçinin Avropa Mərkəzi Bankının faiz qərarı valyuta bazarlarında aktivliyin artmasına səbəb ola bilər. Bu isə qiymətli metalda tələbin azalması ilə nəticələ bilər. “Ayılar” üstünlüyü ələ alsalar, qiymətli metalın bir unsiya üzrə dəyəri yenidən 1841$-a və 1830$-a kimi ucuzlaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
-
6 saat əvvəl
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödədi
-
7 saat əvvəl
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
-
7 saat əvvəl
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
-
7 saat əvvəl
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
-
7 saat əvvəl
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
-
7 saat əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Xalq Bankdan illik 9% gəlir əldə etmək imkanı
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
Ən çox oxunanlar
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır


















