Tacikistan və Özbəkistan gömrük xidmətləri rəhbərləri ilə görüş keçirilib
Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi ilə bağlı region ölkələrinin gömrük xidmətləri rəhbərlərinin görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gələn Tacikistan Respublikası Gömrük Xidmətinin rəisi Xurşed Karimzoda və Özbəkistan Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinin sədri Akmalxuja Mavlonov ilə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov arasında martın 13-də görüş keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumatda bildirilir ki. görüşlərdə ölkələrimiz arasındakı mövcud əlaqələrdən, xüsusilə gömrük sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və şaxələndirilməsindən söz açılıb. Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu tranzit prosedurlarının sadələşdirilməsinin əhəmiyyəti və vacibliyi vurğulanıb, həmçinin Transxəzər Rəqəmsal Tranzit Portalının yaradılması istiqamətində görülən işlərdən, portalın mal və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi, məlumat mübadiləsinin gücləndirilməsi, vaxta və vəsaitə qənaət edilməsi baxımından əhəmiyyətindən danışılıb. O da qeyd olunub ki, rəqəmsal həllər əsasında gömrük prosedurlarının sadələşdirilməsi Orta Dəhlizin cəlbediciliyinin artırılmasına şərait yaradacaq ki, bu da region ölkələrinin ixrac potensialının yüksəldilməsinə, iqtisadi əlaqələrin daha da gücləndirilməsinə təkan verəcək.
Görüşlərdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
21 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 6 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
22 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























