"Finca Azərbaycan"ın istiqrazlarına 7 investor 7 sifariş təqdim edib - 12,5 %-lə 3 MİLYON MANAT BORC
16 mart 2023-cü il tarixində Bakı Fond Birjasında "Finca Azərbaycan" QBKT MMC-nin tədavül müddəti 24 ay, nominal dəyəri 100 manat olan AZ2005019206 dövlət qeydiyyat nömrəli, 3 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Marja Birjanın yaydığı məlumatda istinadən xəbər verir ki, hərrac zamanı 7 investor tərəfindən qiyməti 100 manat (12.5%) olan 7 sifariş təqdim edilib.
İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 100 manat (12.5%) müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 3 milyon manat təşkil edib.
Yerləşdirilmiş istiqrazların ümumi həcmi “AzFinance investisiya şirkəti” QSC-nin və “Unicapital investisiya şirkəti” ASC-nin investorları tərəfindən təmin edilib.
İstiqrazın illik faiz dərəcəsi 12,5 %, faiz ödəniş dövrü isə hər 3 aydan bir təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
Ən çox oxunanlar
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















