Əmək qanunvericiliyinin pozulmasına görə 3,8 milyon manat cərimə yazılıb
2022-ci il ərzində müxtəlif orqanlardan daxil olmuş materialların və vətəndaş müraciətlərinin araşdırılması zaman 1807 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkarlanıb.
Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.
Sənəddə qeyd olunub ki, törədilmiş inzibati xətaya görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 3,8 milyon manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub, bu cərimələrdən 2,1 milyon manatının dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Hesabat dövründə "ASAN xidmət"in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı DƏMX-ə 28 fakt üzrə məlumat daxil olub. Bu məlumatlar əsasında 27 vəzifəli şəxs barəsində iş üzrə icraata başlanılıb və müvafiq qərar qəbul edilərək, icra üçün Ədliyyə Nazirliyinin aidiyyəti icra və probasiya şöbələrinə göndərilib. 12 hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılıb və həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün təsdiqedici sənədlər məhkəmə orqanlarına göndərilib. 1 hüquqi şəxs barəsində yoxlama aktı və toplanmış digər sənədlər Dövlət Miqrasiya Xidmətinə aidiyyəti üzrə baxılması üçün göndərilib.
2022-ci ildə "ASAN xidmət"in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə daxil olmuş materiallar üzrə Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli, fiziki və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək, 28 işəgötürən barəsində 188 min manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub.
DƏMX tərəfindən görülmüş tədbirlərin nəticəsi olaraq vətəndaşlara ödənilməsi gecikdirilmiş 628,3 min manatın, onlardan 94,696-1 əməkhaqqı, 0.8%-1 zərərə görə ödənc, 4,6%-i sosial müavinət və kompensasiya olmaqla ödənilməsi təmin edilib.
Hesabat dövründə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 104 nəfər öz əvvəlki işinə bərpa edilib, bu işçilər barəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib. Eyni zamanda, işçilərin əmək hüquqlarının bərpası ilə əlaqədar 634 işəgötürənə icrası məcburi olan göstəriş verilib.
Daxili İşlər Nazirliyi orqanları tərəfindən daxil olmuş materiallar əsasında 60 vəzifəli, fiziki və hüquqi şəxs barəsində 155 min manat məbləğində, prokurorluq orqanlarından daxil olmuş materiallar əsasında isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən 167 vəzifəli, fiziki və hüquqi şəxs barəsində inzibati qərarlar qəbul edilərək 477 min manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 36 d. əvvəl
-
- 51 d. əvvəl
-
1 saat əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 2 saat əvvəl
-
3 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
3 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 3 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ






















