Daha 2 şirkət Ağdam Sənaye Parkının rezidenti oldu - 32,4 MİLYON MANATA BORU ZAVODU TİKİLƏCƏK
Ağdam Sənaye Parkının yeni qeydiyyata alınmış rezidentlərinin ümumi investisiya həcmi 36 milyon manata yaxın olan layihələrinin reallaşması nəticəsində 130-dan çox daimi iş yeri yaradılacaq
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında daha 2 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 14-ə çatıb.
Yeni rezident -“Qarabağ Steel” MMC Sənaye Parkının 5 hektar ərazisində investisiya dəyəri 32,4 milyon manat olan boru və qutu profillərin istehsalı zavodunu inşa edəcək. 94 nəfərin daimi işlə təmin ediləcəyi müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, xaricə ixracı da nəzərdə tutulur.
Ağdam Sənaye Parkının digər yeni rezidenti “Thermo Natural Azerbaijan” MMC Sənaye Parkının 1 hektar ərazisində alçı, eksteryer suvaq, dolğu və izolyasiya materiallarının istehsalı zavodunu inşa edəcək. İnvestisiya dəyəri 3,5 milyon manat olan və 37 nəfərin işləyəcəyi müəssisədə istehsal olunacaq məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
18 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 9 saat əvvəl
-
23 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















