“PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır
Daha öncə də bildirildiyi kimi, “PAŞA Holding” 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək övladları üçün sosial dəstək proqramına start verib.
“PAŞA Holding” və Bravo supermarketlər şəbəkəsi proqram çərçivəsində şəhid övladlarına Yeni il, Novruz, Qurban, Ramazan bayramları və Zəfər günü münasibətilə bayram sovqatlarının təqdim edilməsini nəzərdə tutub.
Bravo supermarketlər şəbəkəsi 15 mart tarixindən etibarən “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin dəstəyi ilə sözügedən şəhid ailələrinə Novruz Bayramı ilə əlaqədar sovqatlar çatdırır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir. Layihə 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabr təxribatları zamanı şəhidlik zirvəsinə ucalan və 18 yaşadək övladları olan ümümilikdə 800-dən çox ailəni əhatə edir.
Xatırladaq ki, cari proqrama təhsil və səhiyyə sahələri də daxildir. Belə ki, “PAŞA Holding” və onun törəmə şirkətləri tərəfindən 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək övladları üçün həyata keçirilən proqram çərçivəsində sözügedən uşaqlar genişləndirilmiş sığorta paketi ilə də təmin olunublar. Sözügedən ailələrin övladları paketdən stomotoloji, eləcə də xroniki xəstəliklərin müayinə və müalicəsində istifadə edə bilərlər. Bununla yanaşı, proqram çərçivəsində şəhid övladlarımıza yeni dərs ilində məktəbli ləvazimatlarının təqdim edilməsi də nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
21 saat sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
- 3 d. əvvəl
-
- 59 d. əvvəl
-
1 saat əvvəl
Naxçıvanda “Cahan Şirkətlər Qrupu”nun 30 illiyi qeyd edilib - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Fırtına Su Sistemləri” Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac həyata keçirir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
Oktyabrın 30-da gözlənilən hava şəraiti
İsrailin aviaşirkətinin Bakıya ilk reysi qarşılanıb
Amerikanın yükdaşıma nəhəngi 48 min nəfəri işdən çıxarıb
Azərbaycan neftinin son qiyməti
Nvidia-dan Nokia-ya 1 milyard dollarlıq investisiya
Apple-ın bazar dəyəri ilk dəfə 4 trilyon dolları ötdü
Bakı metrosunda gediş haqqının bank kartları ilə ödənilməsi sistemi test rejimində istifadəyə verilib
Rəsmi məzənnələr açıqlandı
Dövlət qurumu 627 mənzili güzəştlə satır - QİYMƏTLƏR
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb


















.jpg)






.jpg)

