Ford elektrik yük maşınları istehsal edəcək
Ford, 5,6 milyard dollarlıq investisiya ilə həyata keçirdiyi "BlueOval City" zavodunda elektrik yük maşınları istehsal edəcəyini açıqlayıb.
İldə 500 min ədəd elektrik avtomobili istehsal gücünə malik zavodda ilk elektrik yük maşınının 2025-ci ildə xəttdən çıxması planlaşdırılır.
İnvestisiya ilə bağlı Ford İdarə Heyətinin sədri Bill Ford deyib: “BlueOval City Ford-un dünyanın elektrik gələcəyi üçün planıdır”.
XXX
Amerika avtomobil nəhəngi Ford, 5,6 milyard dollarlıq sərmayə ilə həyata keçirdiyi Tennessi ştatının Stanton yaxınlığındakı elektrik avtomobil istehsalı mərkəzi olan BlueOval City zavodunda 2025-ci ildə elektrikli yük maşını istehsalına başlayacaq.
Marja xəbər verir ki, ildə 500 min elektrikli avtomobil istehsal gücünə malik zavodda xəttdən çıxan ilk vasitə 2025-ci ildə Project T3 kod adlı yeni nəsil elektrik yük maşını olacaq.
Gələcək elektrik avtomobillərinin və akkumulyator hüceyrələrinin istehsalının mərkəzi olacaq BlueOval City-nin tikintisinə keçən payızda başlanılıb.
Ford İdarə Heyətinin sədri Bill Ford, "BlueOval City dünyanın elektrikləşdirilmiş gələcəyi üçün Ford-un planıdır. Biz planetlə ahəngdar işləyən, biznesin inkişafı və innovasiyaları ətraf mühitin inkişafı ilə uyğunlaşdıran qabaqcıl istehsal müəssisəsində inqilabi elektrik avtomobilləri istehsal edəcəyik" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
6 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
8 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
9 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
9 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib



























