"Günay Sığorta"nın bazar payı azalır, şirkət ardıcıl 2 ildir zərərdədir
"Günay Sığorta" ASC 2022-ci ili 1 milyon 227 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 1 milyon 125 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, "Günay Sığorta"nın zərəri 9% artıb.
GƏLİRLƏRİ AZALIB
Marja.az xəbər verir ki, ötən il "Günay Sığorta" ASC-nin cəmi gəlirləri 8 milyon 694 min manat, cəmi xərcləri 9 milyon 921 min manat təşkil edib. 2021-ci ildə Şirkətin cəmi gəlirləri 10 milyon 378 min manat, cəmi xərcləri isə 11 milyon 503 min manat olmuşdur.
DAHA AZ SIĞORTA HAQLARI TOPLAYIB
"Günay Sığorta"nın bazarda payı azalır. Əgər şirkət 2021-ci ildə 9 milyon 777 min manat sığorta haqları yığmışdırsa, 2022-ci ildə 7 milyon 936 min manat toplayıb. Şirkətin sığorta ödənişləri isə 4 milyon 89 min manatdan 3 milyon 819 min manata düşüb.
Ötən il "Günay Sığorta"nın nizamnamə kapitalı 1 milyon 900 min manat artırılaraq 10 milyon 100 min manata çatdırılıb.
1992-ci ildən fəaliyyət götərən "Günay Sığorta" ASC-nin səhmdarları Yeganə Şirinova, Mahmud Məmmədov və "Günay Bank" ASC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















