"Qala Həyat" Sığorta Şirkətinin xalis mənfəəti kəskin artıb
Azərbaycandakı 5 həyat sığortası şirkətindən biri olan "Qala Həyat" Sığorta Şirkəti ASC 2022-ci ili 7 milyon 842 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 4 milyon 741 min manat xalis mənfəət ilə bağlamışdı. "Qala Həyat" Sığorta Şirkətinin xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 3 milyon 101 min manat və ya 65,4% artıb.
Marja.az xəbər verir ki, ötən il "Qala Həyat"ın cəmi əməliyyat gəlirləri 22 milyon 405 min manat təşkil edib. 2021-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 19 milyon 350 min manat olmuşdu.
"Qala Həyat" 2021-ci ildə 19 milyon 184 min manat sığorta haqları yığmışdırsa, 2022-ci ildə 21 milyon 250 min manat toplayıb.
Şirkətin sığorta ödənişləri isə 31 milyon 194 min manatdan 23 milyon 728 min manata düşüb.
Ötən il "Qala Həyat"ın investisiya gəlirləri 20,5% azalaraq 1 milyon 380 min manata düşüb (2021-ci ildə 1 milyon 735 min manat olmuşdu).
"Qala Həyat" Sığorta Şirkəti ASC-nin səhmdarları "AzRe Təkrarsığorta" şirkəti və Kamal İbrahimovdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























