Bu şirkətlər 51 uyğunluq sertifikatını qanunsuz verib
AİBNDX: Şirkətlər tərəfindən 51 uyğunluq sertifikatının qanunsuz verilmə halı aşkarlanıbAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan akkreditasiya edilmiş qurumların fəaliyyətinə nəzarəti davam etdirir.
Xidmətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, aparılan araşdırmalar nəticəsində sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan bir sıra qurumlar tərəfindən uyğunluq sertifikatlarının qanunsuz verilməsi halları aşkar olunub.
Belə ki, malın (xidmətin, işin) sertifikatlaşdırılması fəaliyyətini həyata keçirən “Azunisert” MMC tərəfindən müxtəlif təsərrüfat subyektlərinə verilən 26 sayda, “Aqrosert” MMC tərəfindən 4 sayda, “Az-Quality Cert” MMC tərəfindən 10 sayda və “Certus” MMC tərəfindən 11 sayda uyğunluq sertifikatında akkreditasiya sahəsindən kənaraçıxma halları, yəni akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilmədiyi müəyyən edilib.
Həmin sertifikatların ləğvi ilə bağlı şirkətlərə yazılı göstərişlər verilsə də, Dövlət Xidmətinin göstərişləri yerinə yetirilməyib. Müvafiq sahədə qanunvericiliyin tələblərinə əməl etməyən şirkətlər barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun protokollar tərtib edilib və baxılması üçün məhkəmə orqanlarına göndərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















