Macarıstanın “MOL” şirkətinin Azərbaycanın neft-qaz yataqlarının işlənməsində iştirakının genişləndirilməsi imkanları nəzərdən keçirilib
Macarıstan ilə təbii qazın və “yaşıl enerji”nin tədarükü üzrə müzakirələr aparılıbEnergetika naziri Pərviz Şahbazov Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin 3-cü iclası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə TDT formatında əməkdaşlığa, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş və təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumunun icrasına dair məsələlər müzakirə edilib.
Macarıstana qaz təchizatının ilin sonuna kimi başlanacağı bildirilib. Həmçinin Xəzər dənizində “yaşıl enerji”nin istehsalını, bu enerjinin ötürülməsi üçün müxtəlif xətlərin, Qara dənizin dibi ilə kabelin çəkilməsini, bazarlara çatdırılmasını əhatə edən “yaşıl enerji” dəhlizi layihəsinin reallaşdırılması istiqamətində zəruri tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.
Söhbət zamanı “MOL” şirkətinin Azərbaycanın neft-qaz yataqlarının işlənməsində iştirakının genişləndirilməsi imkanları da nəzərdən keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat sonra
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 13 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























