Dövlət qurumlarda ölçmə cihazlarının düzgün işləyib-işləmədiyi yoxlanılır
Dövlət idarələrində metroloji nəzarət tədbirləri davam etdirilir. Monitorinqlər zamanı ümumilikdə 240 ölçmə vasitəsi yoxlamadan keçirilib.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti dövlət idarə, müəssisə və təşkilatlarında dövlət metroloji nəzarət tədbirlərini davam etdirir.
Xidmətin yaydığı məlumatda bildirilir ki, ötən ilin sentyabr ayından etibarən Dövlət Xidməti tərəfindən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azəriqaz” İB-nin tabeliyində olan müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin (cihaz, avadanlıq, alət və qurğuların) metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması məqsədilə monitorinqlər həyata keçirilir.
Həmin qurumların nümayəndələrinin də iştirakı ilə keçirilən monitorinqlər nəticəsində ümumilikdə “Azəriqaz” İB-nin Metrologiya Departamentində 24 ölçmə vasitəsi, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyində olan 6 müəssisədə 121 ölçmə vasitəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan 4 müəssisədə 95 ölçmə vasitəsi dövri yoxlamadan keçirilib.
Hazırda Dövlət Xidməti Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin sınaq laboratoriyasında, “Azərişıq” ASC, “Azərsu” ASC, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Hava Yolları” QSC və “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan qurumlarda ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması istiqamətində monitorinqləri davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























