Beynəlxalq reytinq agentliyindən Azərbaycandakı bahalaşma ilə bağlı proqnoz
Azərbaycanda inflyasiya səviyyəsi ötənilki 13,9 %-dən 2023-cü ildə orta hesabla 10,3 %-ə düşəcək.
Bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozunda deyilir.
Agentlik 2024-cü il üçün inflyasiyanın 7,3 %-ə qədər azalacağını proqnozlaşdırır.
"Bu, qlobal əmtəə qiymətlərinin aşağı düşməsi, tədarük zəncirindəki fasilələrin azalması və daha güclü real effektiv məzənnə ilə bağlıdır. Buna baxmayaraq, bu proqnozlar hələ də Azərbaycan Mərkəzi Bankının hədəfindən (4% +/-2 faiz bəndi) yüksəkdir", - agentlik vurğulayır.
“Fitch”in qeyd etdiyi kimi, ölkədə inflyasiya 2022-ci ilin oktyabrında qeydə alınmış 15,6 %-lik ən yüksək həddən cari ilin fevral ayında 14,1 %-ə enib, bu da qismən ərzaq qiymətləri inflyasiyasının 4 faiz bəndi azalaraq 17,1 %-ə düşməsini əks etdirir: "Daxili komponent ötən ilin əvvəli ilə müqayisədə bir qədər yüksəkdir, nominal əmək haqqı artımı isə ümumi səviyyəyə yaxındır".
İnflyasiya təzyiqlərini aradan qaldırmaq üçün Azərbaycanda uçot dərəcəsi son bir ildə 100 baza bəndi artırılaraq 8,5 %-ə çatdırılıb, məcburi ehtiyatlardan da istifadə edilməklə bank sektorunun likvidliyinin mənimsənilməsi üçün digər tədbirlər görülsə də, pul siyasətinin transmissiyası nisbətən zəifdir, agentlik qeyd edir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















